Səttar Möhbalıyev Əli Həsənova görə “vurulur” – DETALLAR

Hakim Yeni Azərbaycan Partiyasının sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. 37 qadına etimad göstərən, 70-dən çox yeni namizədlə mübarizəyə qoşulan iqtidar partiyası təkcə adını siyahıya yazdığı deyil, həm də adını siyahıdan sildiyi şəxslərə görə müzakirələrin episentrində dayanır.
YAP-ın bu dəfə deputat görmək istəmədiyi məşhurların siyahıısnda Azərbaycan Həmkarlar Konfiderasiyasının sədri Səttar Möhbalıyev də var. Uzun illərdən bəri Naxçıvandan deputat seçilən Möhbalıyevin bu dəfə qapı arxasında qalacağı bildirilir. Düzdür, o, bitərəf olsa da, YAP bu dəfə Möhbalıyevin yolunu kəsməkdə israrlı görünür.
“Yeni Sabah” veteran YAP-çının “vurulmasının” səbəbini öyrənə bilib. YAP rəhbərliyində təmsil olunan şəxslərdən biri saytımıza açıqlamasında Möhbalıyevin Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovla qohumluq əlaqələrinə görə kənarda qaldığını bildirib. Onun sözlərinə görə, Əli Həsənov biabırçı şəkildə hakim komandadan uzaqlaşdırılandan sonra ən yaxın adamları ondan üz döndərdi. Hətta vaxtilə çətiri altında olmuş bəzi şəxslər Həsənovun ünvanına tənqidi fikirlər səsləndirdilər. Səttar Möhbalıyev isə heç vaxt “xor”a qoşulmadı, əksinə, hakimiyyət dəhlizlərində Əli Həsənovu açıq şəkildə müdafiə etdi. Bu davranışlar onun mövcud siyasi kursa sədaqətinə qarşı şübhələr yaratdı. Nəticədə YAP Səttar Möhbalıyevin parlamentə gedən yolunu bağlamağa qərar verdi.
Məlumatlı şəxs Səttar Möhbalıyevin tezliklə vəzifəsini itirə biləcəyini də istisna etməyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-07-2024, 09:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT