PARK, YOXSA “NOVASTROYKA”? - Suraxanıda bu ərazidə nə tikiləcək? + FOTOLAR

Suraxanı rayonu ərazisində, Babək prospektindən Yeni Günəşli qəsəbəsinə gedən yolun üzərindəki “qartal heykəli” kimi tanınan ərazidə xeyli müddətdir böyük bir sahə baxımsız qalıb. Söhbət əvvəllər hərbi hissənin yerləşdiyi və bir neçə il əvvəl söküldüyü bir neçə hektarlıq böyük ərazidən gedir.
Ərazi hasara alınsa da, onun böyük hissəsində uzun müddətdir heç bir iş aparılmır. Yalnız keçmiş hərbi hissənin giriş hissəsində yaşayış evinin tikintisi gedir. Qalan ərazi boşdur. Hasarın üzərində ərazinin hansısa tikinti şirkətinə, yoxsa dövlət müəssisəsinə aid olduğuna dair heç nə yazılmayıb ki, bu da Azərbaycan reallığı üçün adi haldır…
Yerli əhali isə bu ərazinin də göydələnlərlə doldurulacağından narahatdır. Sakinlər əslində, böyük və yaraşıqlı bir park salınması üçün ideal yer olan bu ərazinin də hansısa tikinti oliqarxının ixtiyarına verilməsindən qorxurlar. Çünki zatən ətrafdakı xeyli ərazilər onlar tərəfindən zəbt olunub. Məsələ ondadır ki, son illər onsuz da Suraxanı rayonu, xüsusilə də Qaraçuxur və Yeni Günəşli qəsəbələri ərazilərində çoxsaylı hündürmərtəbəli yaşayış binaları tikilib və tikilməkdə davam edir. Bu da əhali sıxlığını, bunun nəticəsi olaraq da avtomobil axınını xeyli artırır.
Məsələn, sözügedən ərazidəki “şir heykəli” (Hacıbala Abutalıbovun “əsəri”) adlanan yerdəki dairədə günün az qala bütün saatlarında tıxac müşahidə olunur. Ətrafdakı supermarketlər və yeni yaşayış binalarının tikintisi yolları daha da daraldıb. İndi yuxarıda qeyd etdiyimiz ərazidə də yeni binalar tikilsə, bu yollarda tıxac əlindən hərəkət etmək mümkünsüz olacaq.
Üstəgəl, ərazidə ciddi içməli su təminatı problemi var. Bu yay Qaraçuxur və Yeni Günəşli qəsəbələrinin sakinləri su qıtlığından sözün əsl mənasında əziyyət çəkdilər. Yeni binaların tikintisi isə bu problemi daha da kəskinləşdirəcək. Bu səbəbdən yerli əhali haqlı olaraq, hökumətdən bu ərazini nəzarətə götürməyi və orada yaşayış binaları deyil, park salınmasını xahiş edirlər. Çünki sözügedən qəsəbələrdə yolların genişləndirilməsi, yaxud su probleminin kökündən həll edilməsi müşahidə olunmur və çətin ki, yaxın müddətdə də nə isə dəyişə…
Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz isə baş tutmadı. İcra hakimiyyətinin səhifəsindəki əlaqə nömrələrinin heç biri cavab vermədi.
“AzPolitika.info”

Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 09:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…