Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Bərdə şəhərinin mərkəzi parkında antisanitariya hökm sürür. Anxeber.az-a verilən məlumata görə, bu eybəcər mənzərə isə icra başçısı Vidadi İsayevi maraqlandırmır. Əksinə, şəhərin mərkəzini parkını bərbad vəziyyətdə qoyan icra başçısı “JEK” işçilərini öz obyektlərində işlədir.
Parkın ərazisində olan gölə müxtəlif tullantıların atılması, parkın baxımsız vəziyyətdə saxlanılması sakinlərin orada istirahətini müşkülə çevirib. “Suya o qədər tullantı atılıb ki, üfunət iyi gəlir. Parkda oturmaq sadəcə mümkün deyil”, deyə məlumatda bildirilir.
Maraqlıdır ki, park şəhərin mərkəzində, icra hakimiyyətinin binasına yaxın ərazidə yerləşir. Lakin buna baxmayaraq, heç bir tədbir görülmür. Sanki icra başçısı hər gün işə gəlib-gedəndə yaxınlıqdakı parkın baxımsız halda olduğunu, gölün təmizlənməsinə ehtiyacı görmür. Amma şəxsi obyektlərində qanunsuz şəkildə Mənzil İstismar Sahəsinin əməkdaşlarını işlədə bilir.
Buna etiraz edənlər isə ya cəzalandırılır, ya təzyiqlərə məruz qalır. Belə ki, icra başçısının kommunal təsərrüfat idarələrində rəhbər vəzifələrdə olan qohumları işçilərini zorla İsayevin qapısında işləməyə göndərirlər. Onlar bu tapşırığın icra başçısından gəldiyini deyirlər.
Deyilir ki, "JEK"də rəis müavini olan İldırım Quliyev, Kommunal Müəssisələr Kombinatının rəhbəri Natiq Qasımov və Kommunal Təsərrüfat Birliyinin rəisi Rauf Qafarov icra başçısının vəzir-vəkili kimi çıxış edirlər. Onlar süpürgəçilərin, xidmətçilərin gününü qaraya döndəriblər. Bu da Vidadi İsayevin komandasının hansı qanunsuzluqlara yol verdiyini sübut edir. Hətta bununla bağlı səs yazısı yayılmışdı.
İndi isə məlum olur ki, öz villasında, kommersiya obyektərində “JEK” işçilərini qul kimi istismar edən V.İsayev İH-nin yaxınlığındakı mərkəzi parka laqeyd yanaşır. Hərçənd bir tapşırıqla həmin işçilər gölün təmizlənməsi, parkın sahmana salınması üçün canla-başla çalışarlar. Ancaq icra başçısını Bərdənin görünüşü deyil, şəxsi əmlaklarının təmtəraqlı, səliqəli olması düşündürür.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 10:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC