Göyçayda zəncirvari qəza zamanı xəsarət alanların SON VƏZİYYƏTİ AÇIQLANIB
Göyçay-Bərguşad yolunun rayonun Cəyirli kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 1-i, saat 16:00-da Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə üç nəfər (kişi cinsli) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və yerdəyişən sınıqları diaqnozları təyin olunub. Vəziyyəti orta ağır qiymətləndirilən 1995-ci il təvəllüdlü şəxsin müalicəsi Cərrahiyyə şöbəsində, vəziyyəti orta ağır qiymətləndirilən 1999-cu il təvəllüdlü şəxsin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 1993-cü il təvəllüdlü şəxsə zəruri ilkin tibbi xidmət göstərildikdən sonra öz istəyi ilə ixtisaslı tibbi xidmətdən imtina edib", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, ötən gün Göyçay-Bərguşad yolunun rayonun Cəyirli kəndi ərazisindən keçən hissəsində Göyçay rayon sakini, 1999-cu il təvəllüdlü İsmayıl Aqil oğlu Abışovun idarə etdiyi "Mercedes" markalı, 99-BL-167 dövlət nömrə nişanlı avtomobillə 1993-cü il təvəllüdlü İsmət Ağamehdi oğlu Mehdizadənin idarə etdiyi "Ford" markalı, 90-FE-648 dövlət nömrə nişanlı və Göyçay sakini, 1971-ci il təvəllüdlü Qadir Nəriman oğlu Salmanovun idarə etdiyi QAZ-53 markalı, 23-BF-332 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Nəticədə üç nəfər xəsarət alıb.

Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 09:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video