reklam
Regionxeberlericom.az » Hadisə » Samuxda ağır yol-nəqliyyat hadisəsi – 1 nəfər öldü, 1 nəfər yaralandı

reklam

Samuxda ağır yol-nəqliyyat hadisəsi – 1 nəfər öldü, 1 nəfər yaralandı


















Samux rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Samux-Kür yolunun Sarıqamış kəndi ərazisində qeydə alınıb. Rayonun Qaraağaclı qəsəbə sakini, 1967-ci il təvəllüdlü Rafiq Behbudovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil ötmə əməliyyatı zamanı qarşıdan gələn “Hyundai” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində sürücü Rafiq Behbudov aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib. Avtomobildə olan sürücünün oğlu, Qaraağaclı qəsəbə sakini, 2001-ci il təvəllüdlü Emin Behbudov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 15:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər