reklam
Regionxeberlericom.az » Hadisə » Şəkidə evə basqın edən maskalılar tutuldu - Foto

reklam

Şəkidə evə basqın edən maskalılar tutuldu - Foto
















Şəkidə quldurluq hadisəsi baş verib.

Rayonun Kiçik Dəhnə kəndində gecə saatlarında mənzilə daxil olan maskalı şəxslər ev sahibinin əl-qolunu bağlayaraq kəsici alətlə ona hədə-qorxu gəliblər. Bu yolla həmin şəxslər pul ələ keçirərək qaçıblar.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, Şəki ŞRPŞ-nin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 40 yaşlı Anar Sadıqov və tanışı 47 yaşlı Tural Əsədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 11:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər