reklam
Regionxeberlericom.az » Siyasət » “Passivliyiniz çaşqınlıq doğurur” - Kavelaşvilidən Trampa məktub

reklam

“Passivliyiniz çaşqınlıq doğurur” - Kavelaşvilidən Trampa məktub
















Gürcüstan Prezidenti Mixail Kavelaşvili açıq məktubla ABŞ lideri Donald Trampa müraciət ünvanlayıb. 

Bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb. 

Kavelaşvili məktubunda bildirib ki, Donald Tramp administrasiyasının Gürcüstana qarşı passivliyi ölkə ictimaiyyətində çaşqınlıq və ABŞ-nin regional sülhün möhkəmləndirilməsi istiqamətində fəaliyyətinin səmimiliyinə dair şübhələr yaradır.

Həmçinin qeyd olunub ki, Trampın prezidentliyi dövründə bir neçə ay ərzində Gürcüstanın bütün qonşuları ilə sıx əlaqələr yaradıb:

“Tramp Azərbaycan və Ermənistan arasında sülh sazişinə töhfə verib, Türkiyə ilə fəal qarşılıqlı fəaliyyətdədir və Rusiya ilə dialoqu bərpa edib. Lakin ABŞ administrasiyası Gürcüstanla bağlı səssiz qalır və bu da gürcü ictimaiyyətində çaşqınlıq doğurur. Deyirlər ki, son bir neçə ay ərzində siz dünyanın yarısını dəyişmisiniz. Administrasiyanızın ölkəmizə qarşı məntiqi maraq göstərmədiyini nəzərə alsaq, passivliyiniz gürcü xalqında şübhə və administrasiyanızın regionda sülhün möhkəmləndirilməsi ilə bağlı fəaliyyətlərinin nə dərəcədə səmimi və azad olması ilə bağlı suallar doğurur”.

Gürcüstan lideri həmçinin vurğulayıb ki, ABŞ ilə münasibətlərin və strateji tərəfdaşlığın yenidən başladılması Gürcüstanın xarici siyasətinin əsas prioritetlərindən biridir. 

Xatırladaq ki, hazırda Gürcüstan və ABŞ arasında münasibətlər formal xarakter daşıyır. İki ölkə arasında 2009-cu ildən qüvvədə olan strateji tərəfdaşlıq ABŞ-nin keçmiş prezidenti Co Baydenin dövründə dayandırılmışdı. Bununla yanaşı, bir sıra gürcü məmurlara qarşı viza sanksiyaları tətbiq edilib.  Ölkələr arasında münasibətlərin pisləşməsinə səbəb Gürcüstanda bir sıra qanunların qəbul edilməsi olub. Belə ki, Bayden administrasiyası həmin qanunların “demokratiya prinsiplərinə zidd” olduğunu iddia edib.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 15:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər