reklam
Regionxeberlericom.az » Sosial » Göyçay Su Meliorasiya Sistemləri İdarəsinin fəaliyyəti ilə bağlı növbəti şikayət

reklam

Göyçay Su Meliorasiya Sistemləri İdarəsinin fəaliyyəti ilə bağlı növbəti şikayət


















Göyçay Su Meliorasiya Sistemləri idarəsinin fəaliyyəti ilə bağlı daha bir şikayəti sizlərə təqdim edirik.

Rayonun Əlikərim küçəsi, dalan 8 ünvanında yaşayan sakinlər ərazidən keçən suvarma arxının bərbad vəziyyətdə olmasından ciddi narahatlıqlarını bildirirlər. Onların sözlərinə görə, uzun illərdir ki, həmin arxda nə təmizlik işləri aparılıb, nə də qazıntı işləri həyata keçirilib.

Sakinlərin müraciəti əsasında əraziyə baxış keçirilmiş və orada yaranmış mənzərə həqiqətən də məyusedici olmuşdur. Çünki şəhər ərazisindən keçərək rayonun bir neçə küçə və kəndlərinə istiqamətlənən suvarma arxının belə vəziyyətdə qalması, Göyçay Su Meliorasiya Sistemləri idarəsinin rəisi Sadiq Məmmədovun fəaliyyətinə şübhələr doğurur.

Biz də öz növbəmizdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılova müraciət edərək xahiş edirik ki, Göyçay rayonu üzrə komissiya ayrılaraq bu kimi ərazilərdə monitorinqlər aparılsın, vəziyyət obyektiv qiymətləndirilsin və idarə rəisi Sadiq Məmmədovun fəaliyyəti ilə bağlı qanuna uyğun tədbirlər görülsün.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 12:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər