Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

Naxçıvandan Bakıya səfər etmək istəyən vətəndaşlar hər yay mövsümündə olduğu kimi, bu dəfə də ciddi çətinliklərlə üzləşiblər.
"Azərbaycan Hava Yolları"nın (AZAL) onlayn satış sistemində sentyabrın 16-dək bütün reyslər üzrə biletlərin satıldığı görünür. Həmçinin aviakasslarda da bilet satışı yalnız sentyabrın ortasından sonrakı tarixlərə satışa çıxarılır.

Qeyd edək ki, mövcud durum bölgədən paytaxta gəlmək istəyənlərin bütün planlarını alt-üst edib. Məlumdur ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisi arasında yeganə rahat nəqliyyat vasitəsi uzun illərdir hava yoludur. Lakin tələbatın çox, reyslərin isə məhdud olması səbəbindən mütəmadi olaraq bilet problemi yaşanır. Bu isə xüsusilə tələbələr, xəstəlik və ya işlə bağlı təcili Bakıya gəlməli olan insanlar üçün ciddi narahatlıq yaradır. Naxçıvandan Bakıya və əks istiqamətə uçan təyyarə reyslərində yaranan sıxlıq xüsusən də yüzlərlə tələbələni çətin vəziyyətə salıb. Onlar bilet tapa bilmədikləri üçün seçdikləri ali məktəblərdə təhsillərinə vaxtında başlaya bilməyəcəklər.
Qeyd edək ki, AZAL hazırda Bakı-Naxçıvan və əks istiqamətdə gündəlik 8 reys həyata keçirir. Buna baxmayaraq, tələbatın çox olması səbəbindən reyslərin sayı kifayət etmədiyi, əlavə çarter reyslərə ehtiyac olduğu görünür.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 10:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC