İlhamə Abdullayevanın “600 minlik nöqsanı

Abşeron-Xızı Regional Təhsil İdarəsində aparılan yoxlamardan sonra qurumun müdiri İlhamə Abdullayevanın vəzifəsindən uzaqlaşdırılacağı gözlənilirdi.
Lakin hələ ki, bu baş verməyib. Bununla belə, idarə müdirinin işdən çıxarılması da gündəmdən düşməyə bilər. Çünki Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin apardığı yoxlamalar zamanı ortaya kifayət qədər ciddi nöqsanlar çıxıb. Xüsusilə, 600 000 manata yaxın vəsaitin təyinatı üzrə xərclənmədiyi aydın olub. Bu fakt İlhamə Abdullayevanın işdən çıxarılmasını şərtləndirə bilər.
Təkcə bir idarədə bu qədər vəsaitin “əridilməsi” əslində İlhamə Abdullayevanın fəaliyyətinin real mənzərəsini ortaya qoyur.
Mövzu ilə bağlı Reportyor.info-ya danışan təhsil eksperti Elşən Qafarov da xüsusilə bu fakta diqqət çəkib: “Abşeron-Xızı Regional Təhsil İdarəsində aparılan yoxlamalar nəticəsində 600 000 manat yaxın vəsaitin talanması faktının üstü açıldı və bu vəsaitin dövlət büdcəsinə qaytarılması təmin olundu. Təsəvvür edin, bu, 12 regional təhsil idarəsi, üstəgəl Bakı Şəhəri Təhsil İdarəsi və Naxçıvan Muxtar Respublikası Elm və Təhsil Nazirliyinə tabe olan yerli qurumlar arasında yalnız birində baş verən maliyyə əməliyyatıdır”.
Ekspert əlavə edib ki, regional təhsil idarələri təhsilin idarə edilməsinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə yaradılsa da, gözləntilər özünü doğrultmayıb. “Regional təhsil idaərələrindən əvvəl mövcud olmuş təhsil şöbələrinin üzərində yerli icra hakimiyyətlərinin müstəsna nəzarəti var idi və bu da təhsilin idarə edilməsində müəyən problemlər yaradırdı. Düşünülürdü ki, regional idarələr yaradıldıqdan sonra bu problemlər aradan qalxacaq, Lakin bu baş vermədi. Əksinə, regional idarələrə təhsil sistemindəki müxtəlif qruplaşmaların nümayəndələri təyin edildi. Bu baxımdan da regional idarələri hərə bir qayda ilə idarə edir”, – deyə ekspert vurğulayıb.
Elşən Qafarovun sözlərinə görə, Abşeron-Xızı Regional Təhsil İdarəsində və digər regional idarələrdə baş verənlər göstərir ki, bu qurumlar oranın rəhbərləri üçün şəxsi təsərrüfat sahəsidir. “Onlar bu qurumları dədə-baba mülkləri kimi idarə edirlər”, deyə ekspert vurğulayıb.
Göründüyü kimi artıq təhsil ekspertləri də həyəcan təbili çalır. Çox güman bütün bunlar yuxarı instansiyaların diqqətindən yayınmır və mümkündür ki, yaxın vaxtlarda regional təhsil idarələrinə, o cümlədən Abşeron-Xızı Regional Təhsil İdarəsinə “əl gəzdirilsin”.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 12:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC