reklam
Regionxeberlericom.az » Hadisə » Göyçayda güclü yanğın – sahibkara külli miqdarda ziyan dəydi

reklam

Göyçayda güclü yanğın – sahibkara külli miqdarda ziyan dəydi
















Göyçay şəhərində gecə saatlarında güclü yanğın baş verib. Hadisə rayonun Bahəddin Mirzəyev küçəsində yerləşən, sahibkar 1979-cu il təvəllüdlü Mustafayev Samir Vidadi oğluna məxsus yeşik sexində qeydə alınıb.

RegionXəbərləri.com.az xəbər verir ki, ani başlayan alov qısa müddətdə bütün sexi bürüyüb. Nəticədə 300 kvadratmetrdən artıq ərazi, avadanlıqlar və hazır məhsullar tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Yanğınsöndürənlərin gərgin səyi nəticəsində alovun yaxınlıqdakı digər obyektlərə keçməsinin qarşısı alınıb.

İlkin ehtimallara görə, yanğın sexin emal hissəsindəki qısaqapanma səbəbindən başlayıb. Xoşbəxtlikdən insan tələfatı qeydə alınmayıb.

Lakin bu yanğın sahibkara minlərlə manat maddi ziyan vurub. Uzun illərin zəhməti, əziyyətlə qurulmuş istehsal müəssisəsi bir neçə dəqiqəyə külə çevrilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Fuad Hüseynov.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 01:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər