Azərbaycanda hansı nazirliklər ləğv olunacaq?
Son günlər bəzi dövlət qurumlarının və komitələrin ləğv edilməsi ilə bağlı müzakirələr gündəmdədir. Deputat Fazil Mustafa Demokrat.az-a bildirib ki, bir sıra qurumlardan, ali məktəblərdən tutmuş dövlət orqanları, publik hüquqi şəxslərə qədər bəzilərinin niyə mövcud olduğunu məntiqi cəhətdən izah etmək çətindir.
“Hər halda, dövlət qurumları məsələyə effektiv fəaliyyət baxımından yanaşmalıdır. Məntiqli izah verilməlidir, başqa ölkələrdə müqayisədə faydalı tərəfləri nədir, bu araşdırılmalıdır. Bu məsələ ətrafında, məncə, ciddi müzakirələr aparılmalıdır. Büdcə vəsaitinin daha az sərf olunması və daha effektli idarəetmə modeli üzərində düşünülməlidir”.
Deputat Tahir Rzayev isə həmkarının fikirləri ilə razılaşmayıb. O qeyd edib ki, insanlar çox vaxt fikir söyləyəndə reallıqları, günün tələblərini nəzərə almırlar: “Deyirlər, filan qurum ləğv olunmalıdır, filan komitəyə ehtiyac yoxdur. Ancaq bütün bunlar araşdırılır. Vaxtı gələndə əgər hansısa agentlik və ya komitə öz fəaliyyətini düzgün qura bilmirsə, yaxud əhəmiyyətini itiribsə, onun birləşdirilməsi və ya ləğvi həyata keçirilir. Nazirliklərdən ayrı fəaliyyət göstərən qurumların ləğv edilməsi doğru deyil. Bəzən deyirlər ki, icra hakimiyyətləri ləğv olunsun, onların səlahiyyətləri bələdiyyələrə verilsin. Amma sual yaranır: bələdiyyələr bu funksiyaları icra edə bilərmi? Bilirsiniz, fikir söyləmək asandır, amma onun arxasında həll və yol göstərmək dayanmalıdır. Bəs bu qurumlarda çalışan insanlar? Bir tərəfdən deyirlər, iş yerləri açılmalıdır, digər tərəfdən isə qurumların ləğvi təklif olunur. O zaman bu insanların taleyi necə olacaq? Onlar harada işləməlidirlər?” pizza
Real Alternativ Partiyasının (ReAL) sədri, iqtisadçı ekspert Natiq Cəfərli də bu günlərdə bu məsələyə diqqət çəkib. O, icra hakimiyyətləri institutunun ləğv edilməsinin tərəfdarıdır.
Ümumiyyətlə, struktur islahatlarının gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir. Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir.
İqtisadçı Xalid Kərimli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda dövlət sektoru böyükdür. Onun fikrincə, bunun bir neçə səbəbi var: “Səbəblərdən biri dövlətin həddən artıq güclü olması, hər şeyə müdaxilə etməsi, hər şeyi tənzimləməsi ilə bağlı düşüncədir. Bu, müstəqillikdən öncəki zamandan, yəni SSRİ dövründən qalma ənənədir. Hesab edirəm ki, bu, tamamilə səhv yanaşmadır. Dövlət kiçilməlidir, tənzimləmələr azaldılmalıdır. Dövlətin rolu məhdudlaşdırılmalıdır. Bu, özəl sektora həvalə edilməlidir. Dövlət klassik funksiyalarına yönəlməlidir. Digər yanaşmaya görə, qurumların çoxluğu məşğulluq üçün faydalıdır, lakin nəticə qeyri-effektivdir. Hətta bəzi dövlət agentlikləri əmək bazarında özəl sektorla rəqabət aparır, işçiləri "oğurlayır". Yəni publik hüquqi şəxs olan agentliklər istədikləri əməkhaqqını tələb edə bilirlər. Publik hüquqi şəxslər əsasən monopolistlərdir. Əməkhaqları neft gəlirlərinin daxil olduğu büdcə hesabına ödənir. Bu da nəticə etibarilə qeyri-effektiv nəticə verir. Əmək bazarının strukturuna baxsaq, hər zaman dövlət qurumlarında işləyən işçilərin sayı ümumi faiz nisbətində 50 faizdən çox olub. Hazırda isə bu rəqəm 49,5-dir. Bazar iqtisadiyyatı, mülkiyyətin 80 faizi özəldir kimi məsələlərdən danışdığımız zamanda iş yerləri dövlət və özəl sektor arasında demək olar ki, bərabər bölünüb. Bu, həm özəl sektorun zəif inkişaf etdiyini, həm də dövlət sektorunun mənasız böyük olduğunu göstərir".
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 09:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT