reklam
Regionxeberlericom.az » Cəmiyyət » YAP-ın RƏHBƏRLİYİNDƏN KƏNARLAŞDIRILANLAR... - Mehdiyev, Həsənov, Abutalıbov... + TAM SİYAHI (Yenilənir)

reklam

YAP-ın RƏHBƏRLİYİNDƏN KƏNARLAŞDIRILANLAR... - Mehdiyev, Həsənov, Abutalıbov... + TAM SİYAHI (Yenilənir)


Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında partiyanın yeni İdarə Heyəti formalaşıb. "AzPolitika.info"nun məlumatına görə,  YAP-ın qurultayından bu şəxslər  İdarə Heyətindən uzaqlaşdırılıb:
1. Hacıbala Abutalıbov - Baş nazirin sabiq müavini, təqaüdçü;
2. Vaqif Əliyev - Mədəniyyət nazirinin I müavini;
3. Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru;
4. Akif Əlizadə - AMEA-nın sabiq prezidenti, Prezident yanında Bilik Fondunun Himayəçilik Şurasının sədri;
5. Əli Həsənov - Prezidentin keçmiş köməkçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri;
6. Əli Həsənov - Baş nazirin sabiq müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini;
7. Yusif Hümbətov - "Azərsutikinti" Səhmdar Cəmiyyətinin sədri;
8. Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri;
9. Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı;
10. Abel Məhərrəmov – BDU-nun sabiq rektoru, akademik;
11. Siyavuş Novruzov - Milli Məclisin Regional məsələlər komitəsinin sədri;
 Qeyd edək ki, əvvəllər 20 nəfərdən ibarət olan İdarə Heyətinin tərkibi 40 nəfərə qaldırılıb.
Eyni zamanda Partiyanın Siyası Şurası isə ləğv edilib.  Siasi Şuranın bir çox üzvü,  o cümlədən  AMEA Prezidenti Ramiz Mehdiyev, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin müşaviri Əli Abbasov və digərləri YAP- ın rəhbərliyindən kənarlaşdırılıb. 
Ləğv edilən Siyasi Şuranın son tərkibini təqdim edirik:
  • İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri
  • İsmət Abasov - Baş nazirin müavini
  • Əli Abbasov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin müşaviri
  • Rövnəq Abdullayev - Milli Məclisin deputatı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti
  • Vaqif Abdullayev - Beyləqan rayon İcra Hakimiyyətinin başçısı
  • Fatma Abdullazadə - müvəqqəti işləmir
  • Yevda Abramov - Milli Məclisin deputatı
  • Hacıbala Abutalıbov - Bakı şəhər İcra Hakimiyyətinin başçısı
  • Aslan Aslanov - müvəqqəti işləmir
  • Elnur Aslanov - müvəqqəti işləmir
  • Hüseynqulu Bağırov - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri
  • Azad Balayev - Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri, rayon İcra Hakimiyyəti başçısının müavini
  • Tahir Budaqov - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri
  • Yaqub Eyyubov - Baş nazirin birinci müavini
  • Ağaəli Əhmədov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı
  • Əli Əhmədov - Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi
  • Namiq Əhmədov - Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri
  • Sədrəddin Əkbərov - Bakı şəhər İcra Hakimiyyəti aparatında Memarlıq və Şəhərsalma Baş İdarəsi rəisinin birinci müavini
  • Fuad Ələsgərov - Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri
  • Cəmil Əliyev - Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb xidmətinin rəisi, Milli Onkologiya Elmi Mərkəzinin direktoru
  • Əlibaba Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı
  • Firdovsi Əliyev - Ekologiya və Təbii Sərvətlər nazirinin müavini
  • Qafar Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı
  • Vaqif Əliyev - Mədəniyyət və Turizm nazirinin I müavini
  • Vilayət Əliyev - Azərbaycan Dövlət Pedoqoji Universitetinin birinci prorektoru
  • Yaqub Əliyev - Bakı Baş Təhsil İdarəsinin şöbə müdiri
  • Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini
  • Nurlana Əliyeva - Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri
  • Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini
  • Əli Əsədov - Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri
  • Oqtay Əsədov - Milli Məclisin sədri
  • Ağabəy Əsgərov - «Azərbaycan» nəşriyyatının baş direktoru
  • Asif Əsgərov - Nəsimi rayon İcra Hakimiyyətinin başçısı
  • Şahlar Əsgərov - Bakı Dövlət Universitetinin professoru
  • Ziyafət Əsgərov - Milli Məclisin sədrinin birinci müavini, Müdafiə,Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
  • Abdin Fərzəliyev - Nərimanov rayon İcra Hakimiyyətinin başçısı
  • Asəf Hacıyev - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi
  • İsa Həbibbəyli - Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
  • Əli Həsənov - Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri
  • Əli Həsənov - Baş nazirin müavini, "Dövlətqaçqınkom"un sədri, Yeni Azərbaycan Partiyasının Sədr müavini
  • Yusif Hümbətov - «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri
  • Aydın Hüseynov - Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri
  • Hicran Hüseynova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
  • Vaqif Hüseynov - müvəqqəti işləmir
  • İradə Hüseynova - Bakı Dövlət Universitetinin professoru
  • Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri
  • David İbrahimxəlilov - Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri
  • Məlahət İbrahimqızı - Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri
  • Eldar İbrahimov - Milli Məclisin Aqrar siyasət komitəsinin sədri
  • Sudeyf İmamverdiyev - Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri
  • Nazim İsmayılov - Sabirabad rayon İcra Hakimiyyətinin başçısı
  • Süleyman İsmayılov - Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
  • Mirkazım Kazımov - Milli Məclisin deputatı, «Qasid» firmasının prezidenti
  • Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin müşaviri
  • Elmar Qasımov - Bakı Ali Neft Məktəbinin rektoru
  • Sədaqət Qəhrəmanova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini
  • Xeyrəddin Qocayev - Prezident təqaüdçüsü
  • Musa Quliyev - Milli Məclisin deputatı
  • Samirə Quliyeva - YAP Gənclər Birliyi sədrinin müavini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin baş məsləhətçisi
  • Mübariz Qurbanlı - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini
  • Yaqub Mahmudov - Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru
  • Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
  • Abel Məhərrəmov - Bakı Dövlət Universitetinin rektoru
  • Rafiq Məmmədhəsənov - Milli Məclisin deputatı
  • Novruz Məmmədov - Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri
  • Ramin Məmmədov - YAP Gənclər Birliyi sədrinin müavini, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
  • Şahin Məmmədov - Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı
  • Gülçöhrə Məmmədova - Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru
  • Misir Mərdanov - Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru
  • Aydın Mirzəzadə - Milli Məclisin deputatı
  • Bahar Muradova - Milli Məclisin sədr müavini,İnsan hüquqları komitəsinin sədri
  • Musa Musayev - müvəqqəti işləmir
  • Şahin Mustafayev - Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye naziri
  • Zeynal Nağdəliyev - Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri
  • Siyavuş Novruzov - Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri, YAP İcra katibinin müavini
  • Seymur Orucov - Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri
  • Hüseyn Paşayev - Yeni Azərbaycan Partiyası Mətbuat Xidmətinin rəhbəri
  • Hadı Rəcəbli - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri
  • Arif Rəhimzadə - Milli Məclisin Regional Məsələlər komitəsinin sədri
  • Vüqar Rəhimzadə - «İki sahil» qəzetinin baş redaktoru
  • Dilarə Seyidzadə - Prezidentin Katibliyinin rəisi-Prezidentin köməkçisi
  • Aynur Sofiyeva - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini
  • Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri
  • Rizvan Vahabov - müvəqqəti işləmir
  • Misirxan Vəliyev - Yeni Azərbaycan Partiyası İcra Katibliyində baş təlimatçı
  • Mixail Zabelin - Milli Məclisin deputatı
Qeyd edək ki, ləğv edilən Siyasi şuranın bəzi üzvləri YAP-ın yeni  İdarə Heyətində yer alıb. 


Paylaş:


Müəllif : Tarix:
5-03-2021, 16:49
Sikayət   


loading...
Загрузка...