reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda polisdən qaçan şəxsin avtomobilindən qeyri-adi formalı silah çıxdı - Video

reklam

Bakıda polisdən qaçan şəxsin avtomobilindən qeyri-adi formalı silah çıxdı - Video















Bakıda avtomobili narkotik vasitənin təsiri altında və dövlət qeydiyyat nişanı olmadan idarə edib, polisin əmrinə tabe olmayan şəxsin maşınından əsa formasında xəncər tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən avtomobili dövlət qeydiyyat nişanı olmadan, xüsusi səs və sayrışan işıqlardan istifadə edərək, eləcə də nəqliyyat vasitəsinin şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər (plyonka) çəkən "Opel" markalı avtomobilin sürücüsünə "saxla" işarəsi verilib. Dördpendirli pizza

Sürücü Vasif Hüseynli polisin qanuni əmrinə tabesizlik göstərərək ərazidən yayınmağa çalışsa da, yol polisləri tərəfindən görülən tədbirlər nəticəsində saxlanılıb. Sürücünün bu hərəkətləri və avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etməyi müşahidə kameraları vasitəsi ilə də görüntülənib.

Tibbi müayinə zamanı, həmçinin sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi də müəyyən olunub. Həmçinin, onun avtomobilinə baxış zamanı əsa formasında xüsusi olaraq hazırlanmış, qadağan olunan kəsici-deşici alət olan xəncər də aşkarlanıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə V.Hüseynli 20 sutka inzibati qaydada həbs edilib.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 17:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər