reklam
Regionxeberlericom.az » Cəmiyyət » Quba-Xaçmaz regional təhsil idarəsi ən yüksək bal yığan müəllimi işsiz qoyub - Anlaşılmaz qərarlar ilə

reklam

Quba-Xaçmaz regional təhsil idarəsi ən yüksək bal yığan müəllimi işsiz qoyub - Anlaşılmaz qərarlar ilə



















Sosial şəbəkədə MİQ imtahanında region üzrə ən yüksək nəticə göstərən müəllim (84 bal) Quba-Xaçmaz regional təhsil idarəsinin anlaşılmaz qərarları işsiz qalıb. Sosial şəbəkədə şikayətini ictimailəşdirən Orxan Kərimovun yazdıqlarını təqdim edirik:


"Kharimov Orkhan

Jurnalist dostlardan xaiş edirəm məsələni diqqətdə saxlasınlar

MİQ imtahanında region üzrə ən yüksək nəticə göstərən müəllim idim 84 bal ilə ( bir nəfər sonradan Xaçmaza 86 bal ilə yerdəyişmə etmişdi ),ama daimiləşə bilmədim bu bal ilə.

Səbəb də Quba-Xaçmaz regional təhsil idarəsinin anlaşılmaz qərarları oldu.

Xaçmaza yaxın kəndlər,Xaçmazın özündə tarix müəllimliyi üçün boş yerlər var idi,ama o yerlər vakansiyaya çıxarılmadı.

Bununla bağlı Xaçmaz rayon təhsil idarəsinə müraciət etdim. Onlar da cavabında “həmin yerlərin 7,8 nömrəli məktəblərin lisey ediləcəyini və həmin məktəblərdəki boş yerlərin də 7,8 nömrəli məktəblərin müəllimləri üçün bron edildiyini”dedilər.

Niyə məhz Xaçmaza yaxın yerlər və Xaçmazın özündə olan yerlər həmin müəllimlər üçün bron edilir,ama MİQ-dən yüksək nəticə göstərmiş müəllimlər üçün vakansiyaya 8 saatlıq,Xaçmazdan uzaq 9 illik 12-13 saatlıq məktəblər vakansiyaya çıxarıldı ?!

Niyə həmin müəllimlər MİQ imtahanı vermədən Xaçmaza yaxın,dərs saatı yüksək məktəblərdə daimiləşdirilir ( bu hadisə Siyəzən rayonunda da baş verdi bu il ). Hər halda illərin müəllimidilər,MİQ-dən qorxacaq deyillər.

Sizlərin nə marağı ola bilər bu özbaşbalıqı yaratmaqda ?!"

Quba-Xaçmaz regional təhsil idarəsinin cavabını səbirsizliklə gözləyirik!




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 10:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər