reklam
Regionxeberlericom.az » Gündəm » Van Damın heykəli indi hardadır? - Bələdiyyə sədri: “Obyektin sahibi bilir” Sosial 13 Avqust

reklam

Van Damın heykəli indi hardadır? - Bələdiyyə sədri: “Obyektin sahibi bilir” Sosial 13 Avqust















“Dünyaşöhrətli amerikalı aktyor Jan Klod Van Dammın Qəbələ rayonunun Vəndam qəsəbəsindəki heykəli yeni yol çəkilişi ucbatından yerləşdiyi ərazidən götürülüb”.

Bu sözləri Qəbələ rayon Vəndam qəsəbəsinin bələdiyyə sədri Asif Həşimov deyib.

O bildirib ki, abidə yolun qoruma zolağında yerləşdiyi üçün zərər görməməsi məqsədi ilə həmin ərazidən götürülüb: pizza sifarişi

“Van Damın heykəlinin götürülməsinin səbəbi yeni çəkilən yoldur. Ona görə heykəl həmin ərazidən götürülüb. Abidə yolun qoruma zolağında yerləşdiyi üçün zərər görməməsi məqsədi ilə həmin ərazidən kənarlaşdırılıb. Hazırda Van Damın heykəli həmin məkanın arxa hissəsinə yerləşdirilib.

Bələdiyyə sədri qeyd edib ki, iş prosesi tam yekunlaşdıqdan sonra heykəlin harada yerləşdirilməsi barədə məlumat veriləcək:

"Yol çəkilişi tamamilə başa çatdırqdan sonra heykəl yerinə qaytarılacaq və ya kəndin başqa bir ərazisində ucaldılacaq. Hələlik bu barədə dəqiq bir fikir səsləndirə bilmərəm. Çünki yol çəkilişi prosesi hələ davam edir. İş tam yekunlaşdıqdan sonra ictimaiyyətə məlumat verə bilərik. Hazırda isə bu barədə dəqiq məlumatı obyektin (restoran - red.) sahibi və ya Qəbələ rayon Memarlıq Şöbəsi verə bilər”.

Xatırladaq ki, Qəbələ rayonunun Vəndam qəsəbəsində məşhur aktyor Jan Klod Van Dammın abidəsi bir neçə il bundan əvvəl ucaldılmışdı. 

Abidənin müəllifi məşhur heykəltaraş Azad Əliyevdir. .

Jan-Klod Van Dammın oğlu Kristofer Van Barenberq 2021-ci ildə azərbaycanlı Suada Hacızadə ilə ailə həyatı qurub. 

Hollivud ulduzu heykəlinin qoyulmasına görə 2019-cu ildə şəxsi feysbuk səhifəsi vasitəsilə Azərbaycana təşəkkür etmişdi.

Bir neçə ildir ki, Bakı-Şamaxı -Muğanlı - İsmayıllı-Qəbələ yolunda yenidənqurma işləri aparılır. Bir müddət əvvəl yolun bir hissəsi istifadəyə verilsə də, İsmayıllı-Qəbələ yolunda hələ də təmir işləri gedir.

Artıq layihə üzrə yolun 47 km hissəsinə asfalt örtüyü döşənib. Sökülməmiş köhnə asfalt isə 14.7 km-dir. Tikinti işlərinin aparıldığı yer isə 15 km təşkil edir. 




Paylaş:


Müəllif : Tarix:
Dünən, 15:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər