“İran Zəngəzur dəhlizinin açılmasına mane olacaq”

İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bəyan edib ki, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaq və buna ya Rusiya ilə birlikdə, ya da təkbaşına mane olacaq.
Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
“Cənubi Qafqaz Trampın icarəyə götürə biləcəyi ərazidir? Qafqaz dünyanın ən həssas geosiyasi bölgələrindən biri sayılır və bu dəhliz Trampa məxsus tranzit marşrutu yox, onun muzdluları üçün qəbiristanlığa çevriləcək”, - deyə Vilayəti bildirib.
O bildirib ki, layihə bölgənin geosiyasi balansını dəyişəcək, sərhədlərin yenidən çəkilməsinə səbəb olacaq və Ermənistanın parçalanması planının bir hissəsi kimi nəzərdə tutulub. Trampın “başqa ölkədə dəhliz icarəyə götürmək” ideyasını “sadəlövhlük” adlandıran Vilayəti bunu Panama kanalının icarəyə götürülməsinə bənzədib.
Vilayəti iddia edib ki, layihə artıq Ermənistan cəmiyyətində narazılıq doğurub. Onun sözlərinə görə, heç bir xalq öz ərazisinin parçalanmasına razı olmaz, Nikol Paşinyan da Tehrana səfəri zamanı bu mövqeyi bölüşüb və dəhlizin təhlükəli, konspirativ xarakter daşıdığını etiraf edib.
Bu təşəbbüsün Cənubi Qafqazın təhlükəsizliyinə “təhdid” olduğunu iddia edən Vilayəti bildirib ki, İran bölgənin təhlükəsizlik maraqlarına əsaslanaraq buna mane olacaq. Onun fikrincə, Rusiya da strateji baxımdan bu dəhlizin əleyhinədir.
Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 22:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Şəkidə vətəndaş “əlillik pensiyası” adı ilə aldadıldığını iddia edir — Baş Prokurora müraciət

"100 bal yığan uşağa necə deyim ki, qəbul olmamısan?" - Şəkidə musiqi məktəbində nə baş verir?

Rəqəmsal zəkanın qızıl qiyməti: Süni intellekt tərtibatçıları Openheymerdən 327 dəfə çox qazanır

Yohan Vadeful: "Minsk qrupunun buraxılması ilə bağlı razılığın əldə olunması xüsusi önəm daşıyır"

“Kristal Abşeron”-un işçisi qoculuq edir - “Kristal Abşeron”la narazı sakin arasında yeni qalmaqal

“NƏTİCƏ YAXŞI DA OLA BİLƏR, PİS DƏ...” – “Trampın görüşlərində gözlənilməzlik faktoru böyükdür”

Onlayn mərc və qumar oyunları təşkil etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb

Qırmızı bülletenlə axtarılan 37 azərbaycanlı: Onlar hansı cinayətlərdə ittiham olunurlar?