22 yaşlı hamilə qadın itkin düşüb - “Sənə zülm veriblərsə...” - Video

Şəkidə 22 yaşlı Səbinə Davudova avqustun 3-dən etibarən itkin düşüb.
Gənc qadının atası Şəki rayonu Baş Layısqı kənd sakini Elçin Aydəmirov Baku TV-yə açıqlamasında qızının 5 il əvvəl qonşu Baş Göynük kəndinə gəlin köçdüyünü və 4 yaşlı oğlu olduğunu bildirib.
“15 gün bundan qabaq toyda olmuşuq. Qızımı orada gördüm, vəziyyəti heç xoşuma gəlmədi. Yeznəm 4 gün əvvəl zəng edib dedi ki, qızınız evdən qaçıb. Polislər gəldilər, evə baxış keçirdilər. Qızım sakit, tərbiyəli uşaq olub. Xahiş edirəm köməklik edin, qızımın ölüsü- dirisi tapılsın. Qızım ona zülm verilib-verilmədiyi ilə bağlı mənə şikayət etməyib. Ona özüm baxmışam, anası vəfat edib”, - deyə E.Aydəmirov söyləyib.
Səbinənin qohumu Nazlı Musayeva isə qeyd edib ki, o, evi tərk edəndə, guya, məktub yazıb ki, “sizə nifrət edirəm, məni axtarmayın”: “Telefonunu özü ilə aparmayıb. Polis işçiləri telefonu yoxlayıblar, təmiz çıxıb. Qızımız pis idisə, onu geri qaytarardılar. Biz onun ölüsünü, dirisini həmin insanlardan istəyirik. Bütün nəsil-kök ayağa qalxmışıq. Onun yetimliyindən istifadə edib hər şey edə bilərlər”.
İtkin düşən S.Davudovanın ailə üzvləri onun hamilə olduğunu da bildirib.
***
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, qadının itkin düşməsi barədə ərazi üzrə polis orqanına məlumat daxil olub.
Qeyd olunur ki, onun tapılması istiqamətində tədbirlər görülür.
Daha ətraflı videomaterialda:
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 21:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“NƏTİCƏ YAXŞI DA OLA BİLƏR, PİS DƏ...” – “Trampın görüşlərində gözlənilməzlik faktoru böyükdür”

Qırmızı bülletenlə axtarılan 37 azərbaycanlı: Onlar hansı cinayətlərdə ittiham olunurlar?

Müəllimlər yayda “putyovka” ala bilmir, direktorlar isə Avropa səfərinə göndərilir – Araz Paşayev kimin maraqlarını müdafiə edir?

İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Yazdıqlarımız rəsmən təsdiqləndi

Bakıda Tanınmış Klinika və kosmetoloji "həkim" Hakim qarşısında – Vətəndaş 18.300 manat təzminat tələb edir