reklam
Regionxeberlericom.az » Gündəm » Konsertlərini ləğv etməli oldu - Qızının vəziyyəti ağırdır

reklam

Konsertlərini ləğv etməli oldu - Qızının vəziyyəti ağırdır

















Azərbaycan əsilli qazaxıstanlı reper Jah Khalib (Bəxtiyar Məmmədov) Qazaxıstanda keçiriləcək konsertlərini ləğv edib.

Sənətçi bununla bağlı instaqram hesabında paylaşım edib.

“Əziz dostlar, Qazaxıstanda keçirilməsi planlaşdırılan konsertlərimizə gəlməyi düşünən hər kəsə müraciət etmək istəyirəm.

Təəssüf ki, bu turneni ya ləğv etməli, ya da gözləməyə hazırsınızsa, təxirə salmalı olduğumu bildirməliyəm.

Səbəb odur ki, yeni doğulmuş qızım əməliyyatdan sonra kritik vəziyyətdədir və bütün gücümü toplamağa çalışsam da, səhnəyə çıxa bilməyəcəyəm. Əlbəttə ki, bu ağır vaxtda mənim dəstəyimə ehtiyacı olan həyat yoldaşımın da yanında olmalıyam.

Anlayış göstərəcəyinizə ümid edirəm və sizdən xahiş edirəm, kim necə bacarırsa, bütün övladlarımızın sağlam olması üçün dua edin”, - deyə Khalib bildirib.

Xatırladaq ki, 2 il öncə sənətçinin Rusiyadakı konsertləri də ləğv edilmişdi və onun pərəstişkarları baş tutmayan konsertlərin biletlərinin pulunu geri ala bilmədikləri üçün narazılıq etmişdilər. Konsertinin ləğv olunmasına səbəb isə Dövlət Dumasının deputatı Yana Lantratovanın Jah Khalibi Ukrayna Silahlı Qüvvələrini açıq şəkildə dəstəkləməkdə ittiham etməsi və Rusiya Baş Prokurorluğuna müraciət edərək Moskva və Sankt-Peterburqda keçirilməsi planlaşdırılan konsertlərinin ləğvini xahiş etməsi olub.





Paylaş:


Müəllif : Tarix:
Bu gün, 10:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər