reklam
Regionxeberlericom.az » Gündəm » Bu direktor da səs yazısına görə işdən çıxarıldı

reklam

Bu direktor da səs yazısına görə işdən çıxarıldı
















Ötən günlərdə mətbuatda Ucar rayonu Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçasında baş verən neqativ halla bağlı səs yazısı yayılıb.

Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən RegionXəbərləricom.az-a bildirilib ki, araşdırma aparılıb və fəaliyyətində yol verdiyi nöqsanlara görə sözügedən bağçanın müdiri səlahiyyətlərini müvəqqəti icra edən, həmçinin Ucar rayonu Yuxarı Şilyan kənd tam orta ümumtəhsil məktəbinin direktoru Emin Orucov tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, həmin uşaq bağçasında tərbiyəçi müəllim kimi çalışan Şəbnəm İsayeva Emin Orucov tərəfindən saxtakarlığa təhrik edildiyini, ondan məktəbəqədər təhsil müəssisəsinə gələn uşaqların sayını artıq yazmağı tələb etdiyini bildirmişdi.

Fuad Hüseynov 




Paylaş:


Müəllif : Tarix:
Dünən, 21:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər