reklam
Regionxeberlericom.az » Hadisə » Sürücü sükan arxasında öldü, maşın qəzaya düşdü - Foto

reklam

Sürücü sükan arxasında öldü, maşın qəzaya düşdü - Foto
















Xaçmaz şəhərində yol qəzası baş verib.

Quba rayon sakini Rövkət Yunusovun idarə etdiyi “QAZ-3302” markalı avomobil hərəkətdə olarkən qəflətən yoldan çıxaraq ayırıcı zolağa çırpılıb. O, hadisə yerində həyatını itirib.

İlkin məlumata əsasən, sürücünün qəzadan əvvəl ürəktutmadan dünyasını dəyişdiyi ehtimal olunur.

Bu məqamda Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar havaların isti keçməsi fonunda analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərə sükan arxasına əyləşməməyi tövsiyə edib: “Eyni zamanda belə hallarla mübarizədə yaxın ətrafın rolu da vacibdir. Xüsusilə ailə üzvlərindən xahiş olunur ki, səhhətində problem olan doğmalarının sükan arxasına keçməsinin qarşısını alsınlar.

Unutmayaq: Sağlamlığımızın risk altında olduğunu bildiyimiz halda sükan arxasına əyləşmək qəzanı yolumuza “dəvət etmək” deməkdir! Qəzadan uzaq olaq!”





Paylaş:


Müəllif : Tarix:
Bu gün, 13:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər