“Atlant”da müştərilərin vəsiqələri girov saxlanılır? -Video

Daxil olan çoxsaylı şikayətlər və araşdırmalar əsasında “Atlant” istirahət mərkəzi ilə bağlı ciddi qanunsuzluqlar aşkarlanıb.
Araşdırmamız zamanı məlum olub ki, Atlantın daxilində yerləşən hoteldə qalmaq üçün müraciət edən müştərilərdən şəxsiyyət vəsiqəsi alınaraq girov kimi saxlanılır. Otağı təhvil verənə qədər vəsiqələr müştərilərə qaytarılmır. Bu isə birbaşa qanunvericiliyin pozulması deməkdir.
Maraqlıdır, əgər təhlükəsizlik məqsədilə vəsiqələr girov saxlanırsa, bəs gündüzlər hovuzdan istifadə edən müştərilərdən nə üçün bu tələb olunmur? Bu sual cavabsız qalır və məntiqi uyğunsuzluq açıq-aşkar hiss olunur.
Əldə etdiyimiz digər məlumatlara əsasən:İstirahət mərkəzinin bir çox təhlükəsizlik kameraları işlək vəziyyətdə deyil.
Yeməklər hələ də mətbəxdə odun sobasında hazırlanır, bu isə sanitar-gigiyenik normalara ziddir.Onlarla işçi qeyri-rəsmi çalışdırılır, əməkhaqları isə vergidən yayınmaq üçün minimum məbləğlə rəsmiləşdirilib.
Bir çox əməkdaşın ümumiyyətlə rəsmi qeydiyyatı yoxdur.Mediada dəfələrlə bu istirahət mərkəzi ilə bağlı neqativ xəbərlər dərc olunub.
Lakin görünən odur ki, Atlant rəhbərliyi problemləri aradan qaldırmaq yerinə ictimaiyyətdən və dövlət qurumlarından gizlətməyə üstünlük verir.Əməkdaşımız məsələ ilə bağlı Atlant otelinin qaynar xəttinə zəng etsə də, cavabdeh şəxs suallardan yayınaraq “qeyri-iş saatıdır” bəhanəsi ilə danışmaqdan imtina edib.
Maraqlıdır, əgər həmin vaxt qeyri-iş saatı idisə, bəs niyə elə həmin anda hotelə rezervasiya üçün məlumat verilirdi?
Xüsusi.Tv olaraq inanırıq ki: Daxili İşlər Nazirliyi bu məsələni nəzarətə götürəcək.
Qida Təhlükəsizliyi Agentliyi mətbəxdə və ərzaqlarda mövcud sanitar uyğunsuzluqlarla bağlı araşdırma aparacaq.
Vergilər Nazirliyi isə vergi yayınması və qanunsuz əmək fəaliyyəti ilə bağlı təcili yoxlamalar həyata keçirəcək.
Bu cür halların ictimailəşməsi və hüquqi ölçü götürülməsi vətəndaşların təhlükəsizliyi və haqlarının qorunması baxımından zəruridir. Xususi. tv
Qarşı tərəfi dinləməyə hazırıq.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 10:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Özü ilə bərabər bütün ailəsinin həyatına son qoyan polis haqda şok məlumatlar ÜZƏ ÇIXDI

Müğənnilərə yüksək məbləğdə pullar verərək özünə bahalı ad günü keçirən "Vüsal-300" kimdir? - VİDEO

Laçınlı məcburi köçkünlərdən Prezidentə və Elm və Təhsil Nazirliyinə müraciət: “Şəhidin adını daşıyan məktəb bağlanmasın”

“AYNA” ya dövlətdən ayrılan vəsait necə sərf olunub? Kondisionerli dayanacaqlar əfsanəsi....