Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi
Azərbaycanın fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı olmuş Nazim Məmmədovun mərhum qardaşının ailə üzvləri külli miqdarda dələduzluqla üzləşiblər.
Generalın mərhum qardaşı Malik Məmmədovun xanımı aldadılıb.
Əvvəlcə xatırladaq ki, Malik Məmmədov da uzun illər FHN-də vəzifə tutub. O, FHN-də Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olub. Malik Məmmədov 2018-ci ildə ürək çatışmazlığından dünyasını dəyişib. pizza hut
General Nazim Məmmədov isə Dövlət Gömrük Komitəsində sədr müavini olub. Son olaraq fövqəladə hallar nazirinin müavini təyin edilib. 2022-ci ildə vəzifədə olduğu müddətdə dünyasını dəyişib.
Nazim Məmmədovun gömrükdə necə vəzifəyə gəlməsi, general olması ilə bağlı maraqlı və qalmaqallı məlumatlar var. Onun əvvəlcə Kəmaləddin Heydərovun sürücüsü olduğu, ixtisasca baytar olduğu, 48 yaşında hüquq təhsili alaraq gömrükdə vəzifəyə təyin olunduğu məlumdur.
Bildirək ki, Nazim Məmmədov general olduqdan sonra qardaşı Malik Məmmədovun da yolu açılmışdı. Malik Məmmədov FHN-də müxtəlif vəzifələr tutub.
Malik Məmmədov vəzifədə olduğu ərəfədə daha çox biznes, torpaq alqı-satqısı, obyekt tikintisi ilə məşğul olub. Onun Qobustanda keçmiş bələdiyyə sədri Əlikram Musayevlə birləşərək ölmüş şəxslərin adına olan torpaq sahələrini ələ keçirməsi ilə bağlı yerli sakinlərin xeyli sayda müraciətləri var.
Malik Məmmədovun xanımı necə dələduzluqla üzləşib?
Qeyd etdiyimiz kimi, Malik Məmmədovun adına xeyli sayda torpaq sahələri olub. Malik Məmmədovun xanımı Nubar Məmmədova mərhum ərinin adına olan torpaq sahələrini öz adına keçirmək üçün əvvəlcədən tanıdığı Raidə adlı qadına 98 min manat pul verib. Lakin nəticədə aldadılıb. Raidə adlı xanım Bakıdakı məktəblərdən birində kitabxanaçı işləyir.
Məlumata görə, Nubar Məmmədova ərinin adına torpaq sahələrinin olduğunu sonradan öyrənib. Buna görə də həmin torpaq sahələrini öz adına sənədləşdirmək istəyib.
Nubar Məmmədovaya qarşı dələduzluq edən qadın məsuliyyətə cəlb olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürlüb.
İstintaq zamanı təqsirləndirilən Raidə adlı xanım zərərin əsas hissəsini ödəyib. Qalan məbləğlə bağlı isə tərəflər rasında razılıq əldə edilib. Təqsirləndirilən qadın şərti cəza alıb./Musavat.com
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 14:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Özü ilə bərabər bütün ailəsinin həyatına son qoyan polis haqda şok məlumatlar ÜZƏ ÇIXDI

Müğənnilərə yüksək məbləğdə pullar verərək özünə bahalı ad günü keçirən "Vüsal-300" kimdir? - VİDEO

Laçınlı məcburi köçkünlərdən Prezidentə və Elm və Təhsil Nazirliyinə müraciət: “Şəhidin adını daşıyan məktəb bağlanmasın”

“AYNA” ya dövlətdən ayrılan vəsait necə sərf olunub? Kondisionerli dayanacaqlar əfsanəsi....