Rusiyada rus dilini bilməyənlər işə götürülməyəcək

Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi rus dilini bilməyən miqrantların xidmət sektorunda işə götürülməsini qadağan edəcək.
TASS xəbər verir ki, yeni hazırlanmış əmrə əsasən, ruslarla ünsiyyət tələb edən vəzifələrə dili bilməyən miqrantların işə götürülməsinə icazə verilməyəcək. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu peşələrə sürücülər, satıcılar və həkimlər daxildir.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə Nazirlər Kabinetini miqrant kvotaları məsələsini nizama salmağa çağırıb.
Əmək Nazirliyi isə bəyan edib ki, yalnız viza verilən ölkələrdən əcnəbi işçilərin cəlb edilməsi kvotaya tabedir. Bunlar əsasən Rusiya Federasiyasına vizası olan ölkələrdən, o cümlədən Çin, Hindistan, Türkiyə və digər ölkələrdən gəlmiş ixtisaslı işçilərdir.
Qeyd olunur ki, əməkçi miqrantlarla bağlı yeni qərar Dövlət Duması tərəfindən qəbul edilmiş və Federasiya Şurası tərəfindən təsdiq edilmiş “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” Federal Qanunun 15-1 və 18-ci maddələrinə dəyişikliklər edilərək hazırlanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 21:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Özü ilə bərabər bütün ailəsinin həyatına son qoyan polis haqda şok məlumatlar ÜZƏ ÇIXDI

Müğənnilərə yüksək məbləğdə pullar verərək özünə bahalı ad günü keçirən "Vüsal-300" kimdir? - VİDEO

Laçınlı məcburi köçkünlərdən Prezidentə və Elm və Təhsil Nazirliyinə müraciət: “Şəhidin adını daşıyan məktəb bağlanmasın”

“AYNA” ya dövlətdən ayrılan vəsait necə sərf olunub? Kondisionerli dayanacaqlar əfsanəsi....