Laçınlı məcburi köçkünlərdən Prezidentə və Elm və Təhsil Nazirliyinə müraciət: “Şəhidin adını daşıyan məktəb bağlanmasın”
Şəki rayonu Yeni Çələbixan qəsəbəsində məskunlaşmış Laçın rayonunun Kaha kəndindən olan məcburi köçkünlər RegionXəbərləricom.az saytı vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Elm və Təhsil Naziri Emin Əmrullayevə və Milli Məclisin Laçın rayonundan deputatı Rövşən Rzayevə məktəb bağlanması ilə bağlı müraciət ünvanlayıblar.
Müraciətdə qeyd olunur ki, 1993–1994-cü illərdən etibarən Laçın rayonunun Kaha kəndinin əhalisi kəndin adını yaşatmaq məqsədilə Şəki rayonunun Arıçılıq birliyi ərazisində kompakt şəkildə məskunlaşıb. Burada Laçın rayon Arıçılıq əsas məktəbi fəaliyyətə başlayıb və sonradan mərhum Prezident Heydər Əliyevin göstərişi ilə məktəbə şəhid Nüşirəvan Süleymanovun adı verilib – Laçın rayon Süleymanov Nüşirəvan Aydın oğlu adına Kaha kənd tam orta məktəbi.
Sakinlər bildirirlər ki, məktəb 20 ildən artıqdır fəaliyyət göstərir və Şəki rayonunda yerləşsə də, Laçın rayon Təhsil Şöbəsinin tabeliyindədir. Məktəbdə yalnız Laçın rayonundan olan məcburi köçkün ailələrin övladları təhsil alır.
Lakin 2024–2025-ci tədris ilindən etibarən Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən məktəbin bağlanması və yerində Şəki rayon Çələbixan tam orta məktəbinin yaradılması ilə bağlı təşəbbüslər irəli sürülüb. Müraciətdə sakinlər bu qərarla qəti razılaşmadıqlarını bildirərək aşağıdakı məqamlara toxunurlar:
Məktəbin adı Laçın rayonunun şəhid övladı Nüşirəvan Süleymanovun adını daşıyır və bu, şəhidin ailəsi üçün mənəvi təsəlli və fəxr mənbəyidir;
Kənd sakinləri hələ də doğma Kaha kəndinə köçürülməyiblər, yəni məcburi köçkün statusları davam edir;
Məktəbin bağlanması yalnız bir təhsil ocağının qapadılması deyil, eyni zamanda bir şəhidin xatirəsinin unudulması deməkdir;
Məktəb öz fəaliyyətində uğurlar qazanıb və Şəki rayonu üzrə nümunəvi təhsil müəssisələrindən biridir.
Sakinlər Prezidentə müraciətlərində qeyd edirlər:
“Siz hər zaman şəhidlərimizin adını uca tutan, onların ailələrinə xüsusi diqqət göstərən Ali Baş Komandan olmusunuz. Biz Sizin ədalətinizə və şəhidlərə olan dərin hörmətinizə güvənərək müraciət edirik. Sizdən xahiş edirik ki, Laçın rayonu Süleymanov Nüşirəvan Aydın oğlu adına Kaha kənd tam orta məktəbinin fəaliyyətinin davam etdirilməsi və bağlanmaması üçün müvafiq göstəriş verəsiniz.”
Müraciəti imzalayanlar arasında kənd ağsaqqalları və ictimai fəallar da var. Onlar məktəbin bağlanmasının qarşısının alınmasını və əvvəlki kimi Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyətini davam etdirməsini istəyirlər.
Kaha kənd sakinləri adından:
Mirzəyev Məhəmmədəli Səlim oğlu
Abdullayev Mütalib
Mirzəyev Qırımxan
Mirzəyev İsa
Süleymanov Qardaşxan
Süleymanov Namiq
Səmədov Muradxan
Səmədov Şiraslan
Abdullayev Adil
Abdullayeva Maya
Səmədov Arzu
Abdullayeva Xanım
Sarıyev Simnar
Mirzəyev Zamin
Mirzəyev Fəxri
Mirzəyev Arif
Mirzəyev Əli
Mirzəyev Şəhliyar
Süleymanov Rəhim
Mirzəyev Zöhrab
Mirzəyev Fərhad
Paylaş:
Müəllif : Fuad
Tarix:31-07-2025, 21:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Özü ilə bərabər bütün ailəsinin həyatına son qoyan polis haqda şok məlumatlar ÜZƏ ÇIXDI

Müğənnilərə yüksək məbləğdə pullar verərək özünə bahalı ad günü keçirən "Vüsal-300" kimdir? - VİDEO

Laçınlı məcburi köçkünlərdən Prezidentə və Elm və Təhsil Nazirliyinə müraciət: “Şəhidin adını daşıyan məktəb bağlanmasın”

“AYNA” ya dövlətdən ayrılan vəsait necə sərf olunub? Kondisionerli dayanacaqlar əfsanəsi....