reklam
Regionxeberlericom.az » Cəmiyyət » Şahin Şıxlinski ilə bağlı qərar verildi

reklam

Şahin Şıxlinski ilə bağlı qərar verildi
















Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı verilib.

Oxu.Az bu barədə E1.RU saytına istinadla xəbər verir.

Bildirilir ki, Moskvanın Basmannı Məhkəməsi onun qiyabi həbs edilməsinə dair hökm çıxarıb. Toyuqlu pizza

İlkin məlumata görə, Şıxlinski Fehruz Şirinovun öldürülməsinə cəhddə iştirak etməkdə, habelə hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur.

Şıxlinskinin vəkili bildirib ki, müvəkkili təqsirsizliyində israr edir və onun həbsi ilə bağlı qərardan apellyasiya şikayəti vermək niyyətindədir.

Xatırladaq ki, avqustun 2-də Şahin Şıxlinski Azərbaycanın Moskvadakı səfirliyindən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Qeyd edək ki, Şıxlinski əvvəllər Yekaterinburqda "Baku Plaza" ticarət mərkəzinin yaxınlığında saxlanılsa da, daha sonra dindirildikdən sonra sərbəst buraxılıb. Bir müddət sonra o axtarışa verilib.





Paylaş:


Müəllif : Tarix:
Bu gün, 20:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər