Milli dəyərlərə zidd addım? –

"DogruXeber.az" xəbər verir ki, Qusar rayonunun Piral kənd tam orta məktəbində keçirilən “Son zəng” tədbiri zamanı şagirdlərin "Ləzgistan" adlı musiqinin müşayiəti ilə rəqs etməsi cəmiyyətdə geniş rezonans doğurub. Sosial şəbəkələrdə yayılan kadrlarda şagirdlərin məhz bu kompozisiya altında çıxış etməsi bir sıra ictimai fəallar və təhsil ekspertləri tərəfindən tənqid olunub.
Məlum olduğu kimi, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində qeyd olunur ki, “Təhsil prosesində vətənpərvərlik, dövlətçilik, milli-mənəvi dəyərlərə hörmət və azərbaycançılıq ideologiyası əsas prinsiplərdən biri kimi həyata keçirilməlidir.” Bu isə o deməkdir ki, tədris müəssisələrində keçirilən rəsmi tədbirlərdə səsləndirilən musiqi, aparılan çıxışlar və nümayiş etdirilən fəaliyyətlər birbaşa milli-mənəvi dəyərlərimizi təbliğ etməli, Azərbaycan dövlətçiliyinə xidmət etməlidir.
Məktəbdə dərnək adına büdcə soyğunçuluğu: Direktor ailəsi ilə “pul dərnəyi” qurub
Azərbaycan çoxmillətli və tolerant ölkə olsa da, təhsil sahəsi milli identitetin qorunduğu ən həssas mühitlərdən biridir. Təhsil Nazirliyinin “Etik Davranış Kodeksi” və məktəblərdə tətbiq olunan tərbiyəvi proqramlar açıq şəkildə bildirir ki, dövlət tədbirlərində milli simvolika və yerli musiqi mədəniyyətinin təbliği əsas götürülməlidir.
Bu kontekstdə “Ləzgistan” ifadəsi və ona aid musiqi kompozisiyalarının məktəb tədbirində səsləndirilməsi bir sıra suallar doğurur: Bu ifadənin arxasında hansı ideoloji kontekst dayanır? Bu musiqinin tədbirdə səsləndirilməsi hansı məqsədə xidmət edir?
Bu, təhsilin məqsəd və prinsiplərinə nə dərəcədə uyğundur?
Ekspert rəyi: Təhsil eksperti, fəlsəfə doktoru Dürdanə Əsgərova məsələyə münasibət bildirərkən qeyd edib:
“Məktəblər təkcə tədris deyil, həm də tərbiyə müəssisələridir. Burada həyata keçirilən hər bir tədbir şagirdlərin milli düşüncə tərzinə, dövlətə və dövlətçiliyə bağlılığına xidmət etməlidir. Əgər məktəbdə səsləndirilən musiqi parçaları dövlətçilik ideologiyasına uyğun gəlmirsə və ya müəyyən separatçı çağırışları xatırladırsa, bu, həm pedaqoji, həm də hüquqi baxımdan ciddi səhvdir. Belə hallarda məsuliyyət birbaşa məktəb rəhbərliyinin üzərinə düşür.”
"DogruXeber.az" olaraq bildiririk ki, bu kimi hallarda məktəb rəhbərliyi başda olmaqla, rayon təhsil sektorları və Təhsil Nazirliyi tədbirlərin ssenari və məzmununa ciddi nəzarət etməlidirlər. Belə hallar nəinki milli-mənəvi dəyərlərə ziddir, hətta ideoloji təhlükələrə də zəmin yarada bilər.
Təhsilin milli maraqlara xidmət etməsi vacibdir. Bu səbəbdən, gələcəkdə bu cür təşəbbüslərin qarşısının alınması üçün tədbirlərə ciddi nəzarət və maarifləndirmə işləri aparılmalıdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 10:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Lüks həyatı, bahalı avtomobili, qalmaqalları ilə gündəm olan Fazil Alməmmədovun 89 min AZN-lik əməliyyatı

Nəsimi icra hakimiyyətinin səlahiyyətli şəxsləri Elxan Yaqubova “yaşıl işıq” yandırdılar- Zirzəmi necə obyektə çevrilir…. FOTO