reklam
Regionxeberlericom.az » Cəmiyyət » ABŞ Kərimova məxsus yaxtanı hərraca çıxarır - KİV

reklam

ABŞ Kərimova məxsus yaxtanı hərraca çıxarır - KİV
















ABŞ hakimiyyəti müsadirə edilmiş, rusiyalı senator Süleyman Kərimova məxsus olduğu iddia edilən “Amadea” yaxtasını hərraca çıxarıb.

Bu barədə “NBC News” məlumat yayıb.

Məlumata görə, uzunluğu 100 metrdən çox olan yaxtanın təqdim olunacağı auksion sentyabrın 10-da keçiriləcək. Hərracı bir vaxtlar “Amadea”nı Ficidən San Dieqo (Kaliforniya) limanına çatdıran “National Maritime Services” təşkil edir.

Gəminin təxmini dəyəri təxminən 325 milyon dollardır, o, 16 sərnişin və 36 ekipaj üzvünü qəbul edə bilir. Hərracda iştirak etmək istəyənlər 10 milyon dollar depozit qoymalıdırlar.

Qeyd edək ki, Fici səlahiyyətliləri yaxtanı icazəsiz ölkənin iqtisadi zonasına daxil olduqdan sonra 2022-ci ilin aprelində saxlayıblar. Yerli hüquq-mühafizə orqanları ilkin məlumatlara görə, yaxtanın Kərimov adlı rusiyalıya məxsus olduğunu bildirərək, gəminin sahibini araşdırmağa başlayıb. ABŞ Ədliyyə Nazirliyi onun müsadirəsi üçün order verib, bundan sonra yaxta ələ keçirilib. 7 iyun 2022-ci ildə Fici Ali Məhkəməsi ABŞ Ədliyyə Departamentinə yaxtanı ələ keçirməyə icazə verib.





Paylaş:


Müəllif : Tarix:
Bu gün, 08:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər