Sürücülük hüququ olmadan maşın sürürdü, 10 sutkalıq həbs edildi - Foto

Ağdamda sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs həbs olunub.
Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı istifadəsi qadağan olunan xüsusi sayrışan işıq cihazları ilə təchiz olunan “VAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün ona “saxla” işarəsi verilib.
Yoxlama zamanı sürücü – rayon sakini İlhami Nəsibovun sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi müəyyən edilib. Həmin şəxs polisin qanuni tələbinə tabe olmayaraq məsuliyyətdən yayınmağa çalışıb. O, saxlanılaraq şöbəyə gətirilib, avtomobil müvəqqəti duracağa yerləşdirilib.
İ.Nəsibov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 10 sutka müddətinə inzibati qaydada həbs olunub.
İ.Nəsibovun özünü bölgədə jurnalist kimi təqdim etdiyi bildirilir.
Məlumatı DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan təsdiqləyiblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 23:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllimlər yayda “putyovka” ala bilmir, direktorlar isə Avropa səfərinə göndərilir – Araz Paşayev kimin maraqlarını müdafiə edir?

İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Yazdıqlarımız rəsmən təsdiqləndi

Bakıda Tanınmış Klinika və kosmetoloji "həkim" Hakim qarşısında – Vətəndaş 18.300 manat təzminat tələb edir

Bərdədə çəkilən yoldan şikayət: 43 saylı Yol İstismar İdarəsi 1.5 milyon manatı nəyə sərf etdi?