Beynəlxalq axtarışda idi - Azərbaycanda tutuldu

Təkrar və xeyli miqdarda dələduzluqda ittiham edilərək 2021-ci ildə dövlətlərarası axtarışa verilmiş Tacikistan Respublikasının vətəndaşı ölkəsinə təhvil verilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
1973-cü il təvəllüdlü Şaripova Rano Sirojevnanın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin olunub.
Təqsirləndirilən Rano Şaripova cari ildə ölkəmizdə müəyyən edilərək həbs edilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 15:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bakıda Tanınmış Klinika və kosmetoloji "həkim" Hakim qarşısında – Vətəndaş 18.300 manat təzminat tələb edir

Bərdədə çəkilən yoldan şikayət: 43 saylı Yol İstismar İdarəsi 1.5 milyon manatı nəyə sərf etdi?

Prezidentin sərəncamı ilə Bərdədə çəkilən yolda nə baş verir? - Başdansovdu işlər, silinən pullar...