AZAL-a sərt etiraz: Gediş bileti 200 manat, qayıdış 600 avro – vətəndaşdan şikayət

Azərbaycanın milli aviadaşıyıcısı olan “AZAL”la bağlı sosial şəbəkələrdə daha bir narazılıq gündəmə gəlib.
32gun.az bildirir ki, Vətəndaş Nəbi Nəbiyev öz şəxsi təcrübəsini paylaşaraq AZAL-ın qiymət siyasətini və vətəndaşlara münasibətini sərt şəkildə tənqid edib.
Şikayətçi bildirir ki, 01 avqust 2025-ci il tarixində AZAL vasitəsilə Bakı–Tbilisi istiqaməti üzrə yaxın adamına təxminən 200 manata aviabilet alıb. Lakin daha sonra qayıdış biletinin qiymətlərinə baxarkən Tbilisi–Bakı uçuşu üçün biletlərin 600 avronu keçdiyini görüb. Bu da gediş qiymətindən 6 dəfə baha deməkdir.
Bu vəziyyətdən sonra səfər imkansız hala gəlib. Nəbiyev AZAL-ın müştəri xidmətlərinə müraciət edərək biletin ləğvini və məbləğin geri qaytarılmasını xahiş etsə də, cavab sadə və soyuq olub:
“Biletiniz büdcə tarifindədir, qaytarılması mümkün deyil.”
Şikayətçi bu münasibəti belə dəyərləndirib:
“Bəs insanlıq harda qaldı? Sosial ədalət harda qaldı? Mən heç bir qaydanı pozmuram, sadəcə çətin vəziyyətdə olan vətəndaş kimi anlayış istəyirəm.”
Nəbi Nəbiyev əlavə edib ki, bu cür qiymət fərqləri və münasibət təkcə onun yox, minlərlə vətəndaşın haqlarını tapdalayır.
O sonda sual ünvanlayıb:
“Milli aviadaşıyıcı vətəndaşına sahib çıxmırsa, o artıq "milli" deyil.”
Hazırda məsələ ilə bağlı “AZAL” tərəfindən əlavə açıqlama verilməyib.
Ayaz
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 10:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bakıda Tanınmış Klinika və kosmetoloji "həkim" Hakim qarşısında – Vətəndaş 18.300 manat təzminat tələb edir

Bərdədə çəkilən yoldan şikayət: 43 saylı Yol İstismar İdarəsi 1.5 milyon manatı nəyə sərf etdi?

Prezidentin sərəncamı ilə Bərdədə çəkilən yolda nə baş verir? - Başdansovdu işlər, silinən pullar...