reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda çox sayda hərbçi minaya düşdü

reklam

Azərbaycanda çox sayda hərbçi minaya düşdü















Kəlbəcərdə mina partlaması nəticəsində xəsarət alan hərbçilərin sayı 5-ə çatıb.

RegionXəbərləricom.az "Unikal"a istinadən xəbər verir ki, rayonun Vəng kəndi ərazisində "Ural" markalı avtomobil tank əleyhinə minaya düşüb.

Bu zaman avtomobildə olanlar - 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər. Yaralılara dərhal yardım göstərilib. Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir. Dördpendirli pizza

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.

Qeyd edək ki, minaya düşən "Ural" markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçilərdir. Faktla bağlı araşdırma aparılır.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 08:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər