reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rusiya işarə etdi: Nüvə müharibəsi bu şəhərdən başlayacaq

reklam

Rusiya işarə etdi: Nüvə müharibəsi bu şəhərdən başlayacaq















Rusiya ilə Qərb arasında artan gərginlik fonunda diqqətçəkən bir açıqlama yayılıb.

Kremlə yaxın mənbələr bildirir ki, nüvə qarşıdurması baş verəcəyi təqdirdə, Rusiyanın cavab zərbəsi Kalininqrad şəhərindən veriləcək.

Kalininqrad Rusiyanın əsas hərbi strateji bölgələrindən biri sayılır və Baltik dənizi sahilində, NATO ölkələri ilə sərhəddə yerləşir. Rusiya Təhlükəsizlik Şurasının sabiq katibi Nikolay Patruşevin sözlərinə görə, bu bölgəyə ediləcək istənilən hərbi müdaxilə, Rusiya tərəfindən nüvə silahları ilə sərt cavab veriləcəyi anlamına gəlir. Dördpendirli pizza

Məlumata görə, Polşa kəşfiyyatı Kalininqrad bölgəsində "Almaz" adlı yeni texnologiyalı gəminin inşasını qeydə alıb. Süni intellektlə təchiz edilən bu gəmi dənizaltı obyektləri izləmək, sualtı rabitə xətlərini kəsmək və mina yerləşdirmək kimi məqsədlərlə istifadə oluna bilər.

Digər tərəfdən, Ukraynaya yaxın mənbələr bildirir ki, Kalininqraddakı neft tankerinə qarşı diversiya həyata keçirilib. Tankerin mühərrik hissəsində baş verən partlayışların əvvəlcədən planlaşdırılmış əməliyyatın nəticəsi olduğu iddia edilir.

Bütün bu gəlişmələr Kalininqradın həm hərbi, həm də strateji baxımdan hədəf ola biləcək bir bölgə olduğunu göstərir. Rusiya isə bu şəhərin toxunulmaz olduğunu və hücum halında sərt cavab veriləcəyini açıq şəkildə bəyan edir.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 11:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər