reklam
Regionxeberlericom.az » Gündəm » “Kristal Abşeron”-un işçisi qoculuq edir - “Kristal Abşeron”la narazı sakin arasında yeni qalmaqal

reklam

“Kristal Abşeron”-un işçisi qoculuq edir - “Kristal Abşeron”la narazı sakin arasında yeni qalmaqal








Yasamal rayonu, Bakı Dairəvi Yolun kənarında – “Qanlı göl” adlanan ərazidə yaşayan və orada “Park Yasamal” layihəsinin növbəti mərhələsini icra edən “Kristal Abşeron” şirkəti ilə aralarında narazılıq yaşanan sakinlərdən biri Emil Səlimov şirkətin əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını bildirir.

Bizimyol.info xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırmalar başlayıb. Emil Səlimov bildirib ki, avqustun 6-da vəkili Aqil Layıcla birlikdə idarədə olub. Başına gələnlər barədə ətraflı izahat verib.

“Hadisədən sonra Yasamal Rayon Polis İdarəsinin əməkdaşları gəlib izahat aldılar. Sonra iş Bakı Şəhər Baş Polis İdarəsinə verildi. İzahatımda baş verənləri ətraflı şəkildə çatdırdım. Uzun müddətdir ki, bu şirkətlə sakinlər arasında narazılıq var. evlərimizin ölçüsü düzgün hesablanmır, biz də buna etiraz edirik. Bizi hədələyirlər, dözülməz şəraitdə yaşamağa məcbur edirdilər. Son olaraq da mənə qarşı zorakılığa əl atdılar. Təhqiqatın düzgün və sürətlə aparılacağına, mənə qarşı zorakılıq edənlərin cəzalanacaqlarına ümid edirəm”.

Onun sözlərinə görə, avqustun 4-də şirkət əməkdaşlarından biri yaşadığı evə gələrək, onu soruşub. Həmin vaxt evdə olmayıb. Zəng eləyib, onu telefonla çağırıblar: “Şirkətdən Yusif adlı şəxs mənə zəng eləyib, yaxınlıqdakı şamlıq meşəsinə çağırdı ki, məsələ var, danışaq. Evdəkilərə məlumat verib, getdim. Çatan kimi 3 nəfər üstümə düşüb, telefonu əlimdən aldılar, boğmağa və təhqir etməyə başladılar”.

Şikayətçi bildirir ki, şirkət əməkdaşlarını hiddətləndirən əsas səbəb bir neçə gün əvvəl “Kristal Abşeron”la sakinlər arasındakı narazılıq barədə jurnalistlərə müsahibə veril verilməsi olub. Onu jurnalistləri qəsəbəyə gətirməkdə ittiham ediblər.

“Kristal Abşeron” şirkəti isə Emil Səlimovun dediklərini təkzib edir.

Şirkətin təmsilçisi İzzət Səmədli bir neçə gün əvvəl Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, evləri söküntü ərazisində yerləşən sakinlərin sahələrinin düzgün ölçülməməsi barədə səslənən iddialar yalandır. Onun sözlərinə görə, sakinlərin evləri də, həyətlərində də olan bütün tikililərin ölçüləri də hesablanır və ümuni sahənin 20 faizi qədər də üstünə əlavə olunur: “Hətta toyuq hinini də nəzərə alırıq. 4-5 nəfər real ölçüdən xeyli artıq istəyir, ona görə qalıblar. Yalandır ki, guya kimlərisə razılaşmaya məcbur etmək üçün onlar blokada şəraitində saxlanılır, ağır şəraitdə yaşamağa vadar edilir. Qətiyyən belə bir hal yoxdur. Onlara evlərinin ölçüsündən 20 faiz artıq olmaqla, tam təmirli mənzillər təklif olunur. Mənzillərin təmirində də keyfiyyətli materiallardan istifadə olunur. Sadəcə, elə sakinlər var ki, 50 kvadrat mənzili var, onlara 20 faiz artıq olmaqla, 60 kvadrat metrlik mənzil təklif olunur, amma bununla razılaşmır. Deyir ki, yox, mənə 80-90 kvadrat metrlik mənzil ver. Başqa problem yoxdur”.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 09:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər