"Neftçi" Ramil Şeydayevlə yolları ayırmaq istəyir
Millinin hücumçusu Ramil Şeydayevin "Neftçi"dəki taleyinə yaxın günlərdə aydınlıq gələcək.
"Sportinfo" xəbər verir ki, 28 yaşlı forvarda yeni təklif gəlməyib. Amma bu, gözlənilir. Bakılılar ötən ilin yayından bəri ağ-qara rəngli formanı geyinən forvardla yollarını ayırmağa hazırdır: ya icarə formasında, ya da birdəfəlik.
Paytaxt təmsilçisi yığmanın üzvünün mümkün satışından pul qazanmağı da planlaşdırmır. Təki real təklif göndərən olsun, danışıqlar aparmağa və şərtləri razılaşdırmağa hazırdırlar.
Şeydayev Polşa toplanışında iştirak edib, yoxlama görüşündə qol da vurub. Amma Samir Abasov onu əsas heyətdə görmür.
Baş məşqçi bunu rəhbərliyə təqdim etdiyi raportda da xüsusi vurğulayıb. O, Ramilin taktiki baxışlarına uyğun gəlmədiyi qənaətindədir.
"Zenit"in yetirməsini istəyən olmasa, nə baş verəcək? "Neftçi" üstündən xətt çəkməyəcək, adını iştirak ərizəsinə salacaq.
Ramil Şeydayev
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 10:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"100 bal yığan uşağa necə deyim ki, qəbul olmamısan?" - Şəkidə musiqi məktəbində nə baş verir?

Rəqəmsal zəkanın qızıl qiyməti: Süni intellekt tərtibatçıları Openheymerdən 327 dəfə çox qazanır

Yohan Vadeful: "Minsk qrupunun buraxılması ilə bağlı razılığın əldə olunması xüsusi önəm daşıyır"

“Kristal Abşeron”-un işçisi qoculuq edir - “Kristal Abşeron”la narazı sakin arasında yeni qalmaqal

“NƏTİCƏ YAXŞI DA OLA BİLƏR, PİS DƏ...” – “Trampın görüşlərində gözlənilməzlik faktoru böyükdür”

Onlayn mərc və qumar oyunları təşkil etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb

Qırmızı bülletenlə axtarılan 37 azərbaycanlı: Onlar hansı cinayətlərdə ittiham olunurlar?

Müəllimlər yayda “putyovka” ala bilmir, direktorlar isə Avropa səfərinə göndərilir – Araz Paşayev kimin maraqlarını müdafiə edir?