reklam
Regionxeberlericom.az » Gündəm » Zaqatalalı iş adamı korrupsiya faktı barədə Mehriban Əliyevaya müraciət etdi

reklam

Zaqatalalı iş adamı korrupsiya faktı barədə Mehriban Əliyevaya müraciət etdi

Azərbaycan Respubliaksının Birinci vitse -prezidenti Mehriban xanım Əliyevaya
surəti:Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayevə                                                               surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə
Hörmətli Mehriban xanım ! Hörmətli Nazir Muxtar Babayev ! Hörmətli Baş Prokuror !
Mənim 73 yaşım var, II qrup əliləm. Ekologiya və Təbii Sərvətlər Nazirlyindən və başqa dövlət məmurlarından cana doymuşam. Ölkəmizdə ilk sahibkarlardan biriyəm. 1987-ci ildə Zaqatala rayonun dilbər geşəsində, Car kəndi yaxdığında, “Zilban” çayının sol sahilində “Ləzzət” adında İçtimai İaşə kooperativini yaratmışam. Kooperativi yaradanda dövlət qanunlarına uyğun , bütün sənədləri təşkil etmişəm. Kooperativi yaratmaqda məqsədim ölkəmizdə olan turizm bazasını genişləndirmək, xaricdən və ölkəmizdən rayonumuza gələn qonaqları yüksək səviyyədə qarşılamaq olmuşdur.

Mərhum Prezidentimiz Heydən Əliyevin “Hər şey kooperativin özünün olmalıdır “ şüarını rəhbər tutaraq tez bir zamanda qoyunçuıuq, quşçuluq, maldarlıq, arıçılıq təsərrüfatlarını yaratdım. Tez bir zamanda kooperativin şöhrəti bütün dünyaya yayıldı. Çox əziyyətlər çəkmişəm. 2000-ci ildə ölkəmizdə icarə haqqında qanun çıxdı,’’Ləzzət” İçtimai İaşə Kooperativi MMC formasında fəaliyyət göztərməyə başladı. Turizm sahəsini genişləndirmək üçün Qəbizdərə kəndi yaxınlığında dağlarla əhatə olunmuş “Şəlalə”İstirahət Mərkəzinin Respublika Turizm Sovetindən alqı-satqı müqaviləsi ilə aldım. Respublika Turizm Soveti “Şəlalə” İstirahət Mərkəzini gəlir gətirməyən bir müəssisə kimi satışa çıxarmışdı. Ora gedən yol yox idi. Mazıx kəndində “Şəlalə” İstirahət Mərkəzinə kimi yol çəkdirdim. Uzaq məsafədən, dağların içi ilə su çəkdirdim. 5 il “Şəlalə” istirahət Güşəsi və “Ləzzət” kooperativi ilə hər il 1 ( bir) illik icarə müqaviləsi bağladım. Bir neçə ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Meşələrin İnkişafı Deportamentinin rəisi dəyişildi. Mən rəislə görüşdüm. Rəis (Rövşən Cəlilov) mənə bildirdi ki, sən niyə hər il l(bir) illik icarə müqaviləsi bağlayırsan, gəl Bakıya mən səninlə uzun müddətli ( 49 illik) icarə müqaviləsi bağlayacağam. Bir neçə gündən əslən Zaqatalalı olan Mehdi Abdullayev adında şəxs “Ləzzət”-ə gələrək mənə bildirdi ki, -“Sən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Bərpası və İnkişafı Deportamenti ilə müqavilə bağlamaq istəyirsənsə Rövşən Cəlilova 100.000 ( bir yüz min) pul verməlisən. Mən Mehdtı adlı şəxsə bildirdim ki, sağol. İndi mənim salamımı Rövşən Cəlilova yetrir. Kim mənimlə icarə müqaviləsi bağlamaq üçün vətənimdə olan torpaq sahəsinə görə 100000 ( bir yüz min) pul istəyirsə nəsli əcabəti ilə qələt edir. Prezidentimizin şüarı var “Yoxdur Azərbaycanda rüşvət”. Məni Gəncə İqtisad Məhkəməsinə , Bakı İqtisad Məhkəməsinə,Şəki Apellyasiya Məhkəməsinə verdilər. Bütün Məhkəmələr mənim xeyrimə qərar çıxartdı. Rövşən Cəlilov Şəki Apellyasiya Məhkəməsindən Ali Məhkəməyə kassasiya şikayəti verdi. Kassasiya şikayəti verildikdə Bakı Ali Məhkəməsi yenidən işi Şəki Apellyasiya Məhkəməsinə qaytardı. Şəki Apellyasiya Məhkəməsi qondarma , həqiqətə uyğun olmayan iyrənc bir hökm çıxartdı.

Azərbaycan Respublikasının adından çıxarılan hökm Azərbaycan dövlətinin adından iyrənc hökm Azərbaycan dövlətinə ləkə deyilmi ? Həmin hökmə əsasən Zaqatala rayon İcra və Probasiya şöbəsinin müdiri “Şəlalə” İstirahət Mərkəzinin indi Şəki-Qax Meşə idarəsinin müdiri Sərxan Əliyev və Meşəbəyi Əhmədov Ramazan tərəfindən darmadağın , talan edilmiş . “Şəlalə” İstirahət Mərkəzini heçnəyi araşdırmadan Porçinov adlı PP şöbəsinin müdiri icraata götürmüşdür. “Şəlalə” İstirahət Mərkəzində nə ləvazimat olubsa hamıısınm siyahısını Sizə göndərirəm.
Onu da demək istəyirəm ki, 15-ə yaxın kotecim dağıdılmış, bütün pəncərələri sökülmüş. ( Koteclərin şəkillərini Sizə göndərirəm). 2000 ci ildən 2005-ci ilə kimi hər il “Ləzzət” və “Şəlalə” İstirahət Mərkəzi ilə bir illlik icarə müqaviləsi bağlanmışdır. 2005-ci ildən sonra heç bir əsas olmadan, meşəyə zərər vurmadan, əksinə meşənin inkişafına çalışmış “Ləzzət” MMC və “Şəlalə” İstirahət Mərkəzi ilə 2009-cü ilə kimi icarə müqaviləsi bağlanmamışdır.
2009-cü ildən 2015-ci ilə kimi oğlumdan küllü miqdarda vəsait alaraq 5 ( beş) illik icarə müqaviləsi bağlayırlar. “Ləzzət” İstirahət Mərkəzinin əvvəlki illər icarəyə verilən 2,0 Ha sahəni 1.5 ha etmişlər. Güya icarə haqqı ödəniləndə az ödəniləcək. Hansı axmaq insan əldə etdiyi 2,0 ha sahəni 1.5 ha-ya salar. 2015-ci ildən bu günə kimi yenə rüşvət vermədiyimizə görə bizimlə icarə müqavilə bağlamırlar.
Hörmətli Mehriban xanım ! və Hörmətli Nazirlər ! Siz deyin 2000-ci ildən 2005-ci ilə kimi hər il mən illik icarə müqaviləsi bağlamışam. 2005-ci ildən 2009-cü ilə kimi rüşvət vermədiyimə görə mənimlə icarə müqaviləsi bağlamadılar. 2009-cü ildən 2015-ci ilə kimi oğlumu aldadaraq küllü miqdarda vəsait alaraq icarə müqaviləsi bağladılar. 2015-ci ildən indiyə kimi icarə müqaviləsi bağlamamaq, rüşvət vermədiyimə görə deyilmi ? Bu aksiomadır. Buna başqa sübut lazım deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyində fəaliyyət göstərən şöbə müdiri Elman Qurbanov, Ətraf Mühitin Mühafizəsi Deportamentinin direktoru X.Hüseynov kimi sərişdəsiz, başı boş insanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından mənimlə nə üçün müqavilə bağlamadıqları yazan şərəfsizlər Zaqatala Meşə Təsərrfüatı Mərkəzinin direktoru Cabbbar Qurbanov kimiləri Ekologiya və Təbii Sərvətlər Nazirliyini ləkələyirlər. Hətta Elman Qurbanov mənim Prezidentə yazdığım şikayət məktubuna yazdığı cavab məktubun axırıncı cümləsini belə qeyd etmişdir : -“ Göstərilənləri nəzərə alaraq , şikayət ərizənizdə qeyd olunan xüsusatlara hüquqi qiymət verilməsi məqsədi ilə materaillar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir “. Qurbanovdan soruşmaq lazımdır - “Sən hansı sənədləri baş Prokurorluğa göndərmisən. Sənin mənimlə görüşün olmayıb. Müqavilənin bağlanmasına aidiyyatı olmayan şəxslərin : Quniyev Şabanın, Həbib Poladovun adlarını yazıb mənə göndərmisən, güya onlar məndən rüşvət istəyiblər. Mən Prezidentə ünvanladığım məktubda adları çəkilən şəxslərin adlarını oxumusanmı ? Onsuzda böhtançılıqdan sən əl çəməyəcəksən Sən Prezidentə yazan məktubun cavabını yazmısan mənə. Sənə məktub kimi yazmaqda köməklik edən bəlkədə Cabbar Qəribovdur.

Hörmətli Mehriban xanım və hörmətli Nazirlər !
Bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti şöbəsinin rəis müavini, şərəfsiz Mehman Səfərov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adından bu formada məktub göndərib. “Sizin Zaqatala rayonun Car kəndinin yaxınlığında yerləşən Meşə Fondu sahəsindən 2.0 ha və Mazıx kəndinin yaxınlığında yerləşən Meşə Fondu sahəsindən isə 5.5 ha torpaq sahəsini meyvə bağı salmaq məqsədi ilə icarəyə verilməsinə köməklik göstərilməsi barədə müraciətinizə aidiyyatı üzrə baxılmışdır. Bildirirk ki, sözü gedən ərazi meşə ilə örtülü olduğundan icarəyə verilməsi məqsədə müvafiq hesab edilmir. Nəzərə almağınız xahiş olunur. Soruşmaq lazımdır, başı boş rəis müavini Mehman Səfərovdan “Ləzzət” və “Şəlalə” İstirahət güşəsində olmusan və neçə dəfə ? Əvvəlki başı boşlar kimi sən də Ekologiya və Təbii Sərvətlər Nazirliyini ləkələmək niyyətindəsən. Sən bilirsənmi dünya şöhrətli “Ləzzət” MMC Meşə Fondu torpağında 34 ildir yerləşir. “Ləzzət” MMC yerləşən torpağı Ləzzət kooperativinə veriləndə seyrək ağaclar olan düzəngah idi. istifadəyə yararsız kolluq idi. Həmin ərazi heç vaxt meşə ilə örtülü ərazi olmayıb. Orada nə ağaclar əkilibsə ( şabalıd, qoz, xurma və s.) ağacları sonradan mən əkmişəm. Filizçay Geoloji Kəşfiyyat bazası olub həmin ərazidə. Sonradan Respublika Turizm Sovetliyinə verilib. Respublika Turizm Sovetliyi bir neçə il orada xarici turistləri qəbul edib. Həmin ərazidə tikilən koteclər ( indi dağıdılan) Azərbaycan Respublikası Turizm Soveti tikmişdir. Orada Geolorazvetkanın vertolyotu düşmək üçün plaşadkası vardı. Orada heç bir yol yox idi, yolu mən çəkmişəm. Sən isə başı boş heç yeri görmədən oranı meşə örtüyü adlandırmısan. 1990-ci ildə mən oranı alanda içəridə koteclər tikilmiş səhra idi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sizin kimi başı boşlar Zaqatala meşələrini bərbad hala salırlar. Zaqatala Meşə idarəsinin müdiri şərəfsiz Cabbar Qəribov kimiləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala rayonunun başına hələ çox oyunlar gətirəcək. Mən meşədən icarəyə yeni torpaq sahəsi istəmirəm, 1990-ci ildə alqı-satqı müqaviləsi ilə alan torpağın icarəsini artırmağı xahiş etmişəm. Hər il 1 ( bir) illik bağlamamağı uzun müddətli 49 ( qırx doqquz) illik bağlamağı xahiş etmişəm. Mənimlə icarə müqavilə bağlamaq üçün Nazirin göstərişi ilə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzi, Nazirliyin Hüquq məsələləri şöbəsinin müdiri tərəfindən 5,5 ha “Şəlalə" İstirahət Mərkəzinə , 2.0 ha “Ləzzət” MMC-nin yerləşdiyi sahələrə baxış keçirərək icarə müqaviləsi bağlamasına təminat verilmişdir. Mən bəzi sənədləri, həm də hüquq məsələləri şöbəsinin müdirinin imzası ilə Teymur Şəkərliyevin 9 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin müdir əvəzi Əlikram Qasımovun 5.5 ha və 2,0 ha sahəyə baxaraq verdikləri rəy məktublarını Sizə göndərirəm. Mənimlə uzun müddətli 49 ( qırx doqquz) illik müqavilə bu rəylərin əsasında verilməlidir, bəzi şərəfsizlərin göstərişi ilə yox. Mənə aydın olmur, Respublikamızın Baş Prokurorluğunun bir səriştəli müstəntiqi yoxdurmu görəsən. Mənim bu məktubun əsasında təqdim elədiyim sənədlər əsasında Respublika Prokurorluğu adından istintaq aparsın. Əgər yazdıqlarını sübut olunmazsa mənə ömürlük həbs cəzası versinlər. Prezidentə məktub yazırıq, məktubda kimdən şikayət olunubdursa onun üzərinə göndərilir. O, da ağlına gələn cavab yazır. Heç bir məktuba ədalətli cavab verən yoxdur.
Prezident cənab İlham Əliyevin şüarı var : -“Biz Azərbaycan vətəndaşına xidmət edirik”. Prezident İlham Əliyevin sözünü rəhbər tutaraq sahibkara, Azərbyacan vətəndaşına beləmi xidmət göstərirlər. Biz bilmirik hara şikayət edərək.

Hörmətli Mehriban xanım ! Hörmətli Baş Prokuror ! On altı il ərzində mənə qarşı törədilən haqsızlıqları aradan qaldırmaq üçün , başı boş, səriştəsiz dövlət məmurlarından mənim uzaqlaşmağım üçün , axır nəticədə mənimlə uzun müddətli 49 ( qırx doqquz) illik icarə müqaviləsi bağlanmasına köməklik göstərməyinizi xahiş edirəm. Mən Azərbaycan vətəndaşıyam. Həmişə dövlətimizin , xalqımızın qulluğunda durmişam. Mənim dediklərim faktdır, sübutdur.İcra Qanunun 129-cii maddəsinin 3-cü bəndində yazılır, - “hər bir qərar qanunla sübut olunmalıdır”.

Hörmətlə: “Ləzzət” istirahət Mərkəzinin təsisçisi: Hacıbəy Zakatalski






Paylaş:


Müəllif : Tarix:
12-03-2021, 14:42
Sikayət   


loading...
Загрузка...