reklam
Regionxeberlericom.az » Hadisə » Qubaya kino çəkilişinə gedənlər qəzaya düşdü - Ölən var

reklam

Qubaya kino çəkilişinə gedənlər qəzaya düşdü - Ölən var















Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, yolun Qalayxudat kəndindən keçən hissəsində baş verən qəzada 1 nəfər ölüb, 1 nəfərin isə ağır yaralandığı deyilir.

Ölən "Ford" markalı avtomobilin sürücüsüdür. Hazırda onun sıxılmış vəziyyətdə olan meyitinin çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə işləyirlər. pizza hut

Qəzaya düşən avtomobil Qrız kəndinə film çəkilişi üçün yollanan texniki heyətə məxsus olub. Nəqliyyat vasitəsində sanitar təyinatlı avadanlıqlar da daşınırmış. Sözügedən film Yaponiyadan olan tərəfdaşlarla birgə çəkilir.

Avtomobildə olan şəxslərdən biri dərəyə düşüb və o, təcili tibbi yardım vasitəsilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin ehtimallara görə, qəza dumanlı hava şəraitində sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Avtomobil təxminən 100 metr hündürlükdən dərəyə yuvarlanıb.





Paylaş:


Müəllif : Tarix:
Bu gün, 15:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər