Vətən müharibəsi iştirakçısı olan mayor qəfil vəfat etdi - FOTO
Azərbaycan ordusunun mayoru, Vətən müharibəsi iştirakçısı Fətəliyev Zahir Zakiroviç vəfat edib.
Musavat.com bildirir ki, mərhum 1985-ci ildə Zığ kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirəndən sonra 14 il Naxçıvan Muxtar Respublikasında xidmət edib. 44 günlük Vətən Müharibəsində ən gərgin döyüşlərdə iştirak edib, Suqovuşanda minaya düşərək qəlpə yaraları alıb. 20 ildən artıq orduda xidmət edən Z.Fətəliyev Vətən Müharibədindən bir neçə ay sonra otdudan tərxis olunaraq təqaüdə çıxıb.
Atası Zakir kişinin dediyinə görə, uzun müddət müalicə alsa da, son günlər vəziyyəti kritikləşib və dünyasını dəyişib.
Mərhum 2 məktəbli oğul atasıdır. Kiçik oğlu da atasının yolunu davam etdirəcək. Belə ki, bu günlərdə C.Naxçıvanski adına Liseyə qəbul olunub. İki bacının bir qardaşı olan mərhum mayor Zığ qəbristanlığında dəfn olunub.
Allah rəhmət eləsin.

Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 14:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….