reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda üç QSC-nin Müşahidə Şurasının tərkibi dəyişdi

reklam

Azərbaycanda üç QSC-nin Müşahidə Şurasının tərkibi dəyişdi

















Azərbaycanda üç Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi dəyişib.

RegionXəbərləricom.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-nin Müşahidə Şurasının sədri təyin edilib. AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un baş hüquq inzibatçısı Toğrul Quluzadə isə Şuranın üzvləri təyin olunublar.

Şahin Babayev eyni zamanda “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Müşahidə Şurasının da icraçı direktoru olub. AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə, AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləri təyin ediliblər.

Bununla yanaşı, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Müşahidə Şurasının üzvləri dəyişib. AZCON-un icraçı direktoru Şahin Babayev, AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə, AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləri təyin ediliblər.

Qeyd edək ki, ADY və AZAL-da Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 12:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər