reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 20 avqust

reklam

Bürclər- 20 avqust















Qoç

Dağları yerindən oynatmaq gücündə olacaqsınız, ya da heç olmasa ona yaxın bir nəticə əldə edəcəksiniz. Əksər Qoçlar bu gün qeyri-adi dərəcədə enerjili olacaqlar və ətrafdakılara da ruh yüksəkliyi verəcəklər. Mürəkkəb məsələlərə başlamaq, iddialı layihələrə girişmək, cəsarətli ideyalar irəli sürmək üçün əla zamandır. Dəstək çox gecikməyəcək. Rəhbərlik tərəfindən təsdiq almağınız tamamilə mümkündür.

Bizneslə məşğul olan Qoçlar uğurlu anlaşmalar əldə edəcəklər. Hətta güzəştə getmək istəməyən insanları belə öz tərəfinizə çəkə biləcəksiniz, çünki sizin cazibənizə heç kim müqavimət göstərə bilməyəcək. Karyerada sürətli irəliləyiş də mümkündür, lakin bunun üçün adət etdiyinizdən bir qədər artıq səy göstərmək lazım olacaq.

Buğa

Hər şeyi üzərinizə götürməyin. Etibarlı tərəfdaşlara və köhnə dostlara arxalana bilərsiniz. Onların köməyi əvəzsiz olacaq və siz böyük miqyaslı tapşırıqların öhdəsindən gələ biləcəksiniz. Bəzi Buğalar lider rolunu öz üzərinə götürməli olacaqlar və bu onların işgüzar nüfuzuna müsbət təsir göstərəcək. Rəhbərlik qarşısında nüfuz qazanmaq imkanı yaranacaq.

Vacib iş səfərləri və ictimai çıxışlar uğurlu keçəcək. Sizi inandırmaq bacarığınız tam şəkildə özünü göstərəcək, buna görə də sizin üçün ən sərfəli şərtlərlə əməkdaşlıq barədə razılıq əldə edə biləcəksiniz. Qarşınızda çoxlu yeni imkanlar açılacaq və siz bunlardan faydalanmağı bacaracaqsınız.

Əkizlər

Özünüzü ən yaxşı tərəfdən göstərə biləcəyiniz fürsətlər olacaq. Bir çox Əkizlərdə gizli istedadlar üzə çıxacaq və bu, bir çox hallarda faydalı olacaq. Bəzi vacib işləri irəlilətmək şansı yaranacaq. Siz fəal və təşəbbüskar olacaqsınız, buna görə də hətta ümidverici görünməyən məsələlərin də öhdəsindən gələcəksiniz.

Əgər ağlınıza orijinal ideyalar gəlirsə, onları təxirə salmayın, dərhal həyata keçirməyə başlayın. Hər şey gözlədiyinizdən daha tez və asan alınacaq, ətrafınızdakıların dəstəyi də gecikməyəcək. Məsuliyyəti üzərinə götürməkdən və cəsarətli hərəkətlərdən çəkinməyən Əkizləri uğur gözləyir.

Xərçəng

Ən vacib işlərə mümkün qədər tez başlamaq daha yaxşı olar. Səhər saatları olduqca məhsuldar olacaq, planlaşdırdığınızdan daha çox şeyə çatacaqsınız. Bir çox Xərçənglərdə yaradıcı qabiliyyətlər oyanacaq və bu, onların əvvəllər rastlaşmadıqları tapşırıqları uğurla həll etməsinə kömək edəcək.

Bütün işlərə birdən başlamaq olmaz, əks halda heç birini sonadək yerinə yetirə bilməyəcəksiniz. Addım-addım irəliləmək daha doğrudur, əsas odur ki, prioritetləri düzgün müəyyənləşdirəsiniz. Xüsusilə də gün ərzində iş qabiliyyətinizin azalması müşahidə ediləcək. Ona görə də yorulduğunuzu hiss edirsinizsə, üzərinizə artıq yük götürməyin. Bəzən ətrafınızdakılardan kömək istəməkdə problem yoxdur, sizə imtina etməyəcəklər.

Şir

Hər şey alınacaq, ona görə də cəsarətlə hərəkət edin. Günün birinci yarısı bizneslə məşğul olan Şirlər üçün bir çox uğurlu imkanlar gətirəcək. Gələcək vəd edən təkliflər almaq ehtimalı yüksəkdir və bu təklifləri tərəddüdsüz qəbul etmək tövsiyə olunur. Bundan əlavə, intuisiya sizi səhvlərdən qoruyacaq, əgər onun səsinə qulaq asmağı bacarsanız.

Əvvəllər ümidsiz görünən məsələləri həll etmək şansı yaranacaq. Siz problemi gözlənilməz bir prizmadan görəcək və hətta çətin vəziyyətlərdən də çıxış yolu tapmağı bacaracaqsınız. Etibarlı müttəfiqlərin köməyi əvəzsiz olacaq, amma onların dəstəyini gözləməyin – sizə öz təşəbbüsünüzlə yardım etmələrini istəməlisiniz.

Qız

Tələsməyin və başqalarını da tələsdirməyə çalışmayın. Səhər saatları gözlədiyiniz qədər hamar keçməyəcək və buna sakit yanaşmaq lazımdır. İşlərdə və məlumat axınında gecikmələr mümkündür. Boş yerə təəssüf hissinə qapılmayın, siz bütün vacib işləri görməyə vaxt tapacaqsınız. Bəzi hallarda ləngimələr hətta faydalı olacaq, çünki sizə hər şeyi bir daha düşünmək və bəzi nöqsanları düzəltmək imkanı verəcək.

Uzun zamandır iş yerini dəyişməyi düşünən Qızlar bu fikirdən hərəkətə keçmək şansı əldə edəcəklər. Amma burada da tələsiklik ziyanlı ola bilər. Sizə sərfəli görünməyən təklifləri qəbul etməyə dəyməz, çünki ilk təəssürat çox vaxt doğru olur.

Tərəzi

Sizi çətin bir gün gözləyir, amma xoş anlar da olacaq. Bir çox Tərəzilər üçün emosiyalarla başa çıxmaq çətin olacaq və bu, əsas problemə çevriləcək. Şəxsi işlərdən ayrılıb yaxınlarınızın problemlərini həll etməyə vaxt ayırmaq lazım gələcək. Bəzi məsələlər dərhal həll olunmayacaq, lakin bu, ruhdan düşmək üçün səbəb deyil.

Ətrafdakılarla dil tapmaq adət etdiyinizdən daha çətin olacaq. Hətta daim yaxşı anlaşdığınız insanlarla belə kompromisə gəlmək çətinləşəcək. Ona görə də ən yaxşısı elə işlərə fokuslanmaqdır ki, onların nəticəsi yalnız sizdən asılı olsun.

Əqrəb

Vaxtınızı boşuna xərcləməyin, bu halda gözlədiyinizdən daha çox iş görəcəksiniz. Bir çox Əqrəblər bu gün olduqca cazibədar olacaqlar və bu keyfiyyət onlara bir çox məsələləri həll etməkdə kömək edəcək. Dərrakəniz artacaq və ətrafdakılarla ortaq dil tapmaq asan olacaq. Yeni və gələcək vəd edən işgüzar əlaqələr qurmaq imkanı yaranacaq.

İctimai tədbirlər sizə böyük zövq verəcək. Siz faydalı tanışlıqlar qazanacaq və başqalarında yaxşı təəssürat yaradacaqsınız. Romantik bir münasibətin başlanğıcı da mümkündür. Böyük ehtimalla bu, köhnə tanışlardan biri olacaq, amma siz onu bu dəfə tamam fərqli şəkildə görəcəksiniz.

Oxatan

Əgər enerjinizi düzgün istiqamətə yönəldə bilsəniz, təsirli nəticələr əldə edəcəksiniz. Əks halda səhvlər, uğursuzluqlar və maddi itkilər qaçılmaz olacaq. Bu səbəbdən, bir çox Oxatanlar səbirli olmalı, hər addımını diqqətlə düşünməli və ətrafdakıların faydalı məsləhətlərini qulaqardına vurmamalıdır.

Nə olursa-olsun, fikrinizi qəbul etdirməyə çalışmayın. İstənilən mübahisədə qalib gəlmək ehtimalı azdır, bu isə işlərinizə mənfi təsir edə bilər və vacib insanlarlarla münasibətlərinizin pozulmasına gətirib çıxara bilər.

Oğlaq

Bu gündən çox şey gözləməyin, amma uğurlu məqamları da əldən verməyin. Səhər saatlarında hətta etibarlı müttəfiqlərlə belə ortaq dil tapmaq çətin olacaq. Bir çox Oğlaqlar elə işlərə fokuslanmalıdırlar ki, onları təkbaşına görə bilsinlər. Bu, ətrafdakılardan yardım gözləməkdən daha səmərəli olacaq.

Artan impulsivlik problemlərin mənbəyi olacaq, ona görə də özünüzü idarə etməyə çalışın. Bəzən kiçik fasilə verərək sakitləşmək və pozitiv əhval-ruhiyyə ilə davam etmək faydalı ola bilər. Zərurət olmadıqca mübahisələrdən uzaq durun. Əgər qarşısıalınmaz ciddi söhbət gözlənilirsə, buna əvvəlcədən hazırlaşın və arqumentlərinizi düşünün.

Dolça

İntuisiya və müşahidə qabiliyyəti sizə təsirli nəticələr əldə etməyə kömək edəcək. Amma birdən-birə bir neçə işə başlamaq olmaz, çünki görüləsi işlər çox olacaq. Əvvəlcə bir az vaxt ayırıb plan qurun, sonra isə ona əməl edin – hər şey gözlədiyinizdən də yaxşı olacaq.

Bir çox Dolçalar bu gün başqalarının təsiri altına düşə bilərlər və bu, heç də həmişə münasib olmayacaq. Buna görə də ilk növbədə özünüzə güvənin. Etibarlı tərəfdaşların məsləhətlərinə qulaq asmaq faydalıdır, amma onlara kor-koranə əməl etmək lazım deyil. Siz özünüz vəziyyəti düzgün dəyərləndirib düzgün qərar verə bilərsiniz.

Balıq

Bu gün çox faydalı işlər görə biləcəksiniz. Günün birinci yarısı ünsiyyət üçün əla olacaq. Bəzi Balıqlar vacib məlumat əldə edəcəklər və bu, onların rəqiblər qarşısında üstünlüyü olacaq. Uzun müddətdir sizi narahat edən məsələləri həmkarlar və rəhbərliklə müzakirə etmək imkanı yaranacaq. Təcrübəli tanışlardan faydalı məsləhətlər almağa ümid edə bilərsiniz.

Qeyri-adi tapşırıqlarla qarşılaşmalı olacaqsınız, amma bu sizi çaşdırmayacaq. Siz tez bir zamanda hər şeyi anlayacaq və bu prosesdə gələcək işlərinizdə lazım olacaq vacib bacarıqlar qazanacaqsınız. Liderliyə olan meyliniz artacaq və onu düzgün yönəltmək vacib olacaq.




Paylaş:


Müəllif : Tarix:
Dünən, 22:50
Sikayət   


loading...
Загрузка...