Kilometrlərlə yolu yana-yana getdi - Video

Samsun-Ankara avtomobil yolunda azərbaycanlı sürücünün idarə etdiyi təhlükəli maddə daşıyan yük avtomobili hərəkətdə olarkən qəflətən alovlanıb.
Türkiyə mətbuatı xəbər verir ki, hadisə Samsun-Ankara yolunun 13-cü kilometrliyində, Gürgenyatak yaxınlığında baş verib.
Azərbaycan vətəndaşı Cəmaləddin Məmmədovun idarə etdiyi 77 HR 176 dövlət nömrə nişanlı yük maşını hərəkətdə olarkən əyləc sistemində nasazlıq üzündən idarəetməni itirib.
Nəticədə yük maşınının qoşqusu alovlanıb. Yük maşını əvvəlcə avtomobilə çırpılıb, daha sonra yanan boyalarla dolu qutular digər avtomobillərin üzərinə aşıb.
Qəza nəticəsində bir nəfər yaralanıb. Yük maşını isə təxminən 4 kilometr yanaraq keçdiyi yolu alova qərq edib.
Maşından tökülən yanar materiallar yol kənarını və orta zolağı alovlandırıb. Ətrafdakı meşədə də yanğın başlayıb.
Samsun Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi və Meşə Əməliyyat Müdirliyi qrupları alovu yayılmadan qısa müddətdə söndürüb.
Yanğınsöndürmə işləri tamamlandıqdan sonra yol nəqliyyatın hərəkətinə açılıb.

Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 08:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Rəqsanə həbsdə olan iş adamını azadlığa buraxdıracaqmış.. - Qohumlarından 520 min dollar alıb

Masallıda Yourpul.az - “Gənclərin Maliyyə Savadlılığı portalı” layihəsinin təqdimat tədbiri keçirilib.

Lökbatanda yaşayış binasında PARTLAYIŞ: “Silkələnməyə oyandıq, çölə çıxa bilmirdik” - Video