reklam
Regionxeberlericom.az » Hadisə » Saatlıda narkotik tərkibli bitkilərin gizli yetişdirildiyi tunel AŞKARLANDI - VİDEO

reklam

Saatlıda narkotik tərkibli bitkilərin gizli yetişdirildiyi tunel AŞKARLANDI - VİDEO















Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxsi saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, əməliyyat tədbirləri zamanı rayonun Genişkənd kəndi ərazisində Rüstəm Əliverdiyev narkotik bitkilər əkib-becərdiyi üçün tutulub.

Baxış zamanı xüsusi aqrotexniki qaydalarla yetişdirilən 71 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Araşdırma zamanı məlum olub ki, R.Əliverdiyev bitkilərə qulluq etmək üçün əvvəlcədən 4 xüsusi tunel hazırlayıb və onlardan istifadə edib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 14:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər