Elan saytlarında aldatma əməli: Oğuzda 28 yaşlı şəxs saxlanıldı – TƏFƏRRÜAT

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində, internet üzərindən vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun RegionXəbərlericom.az-a verdiyi məlumata görə, saxlanılan şəxs – 28 yaşlı Orxan Hüseynov ev heyvanları satmaq adı ilə müxtəlif elan saytlarında yalan məlumatlar yerləşdirib. Onun məqsədi alıcıların etimadını qazanaraq onlayn yolla onların maddi vəsaitini ələ keçirmək olub.
İlkin araşdırmalara əsasən, O.Hüseynovun bu üsulla bir neçə vətəndaşı aldadaraq maddi ziyana uğratdığı müəyyən edilib. Faktla bağlı cinayət işi açılıb və istintaq hərəkətləri davam etdirilir.
Polis orqanları bildirir ki, əgər Orxan Hüseynovun əməllərindən zərər çəkmiş digər şəxslər varsa, onlar dərhal yaşadıqları ərazi üzrə polis idarə və şöbələrinə müraciət etməlidirlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 09:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təhsil sisteminin ağrılı yeri: Məktəblərdə müəllim çatışmazlığı və onun yaratdığı problemlər

SOCAR ərazisində qanunsuz tikinti: SOKAR-da Binəqədi icra hakimiyyətidə göz yumur – VİDEO

Qarabağda milyonluq tender maxinasiyası: Leysan Məmmədov yenə “iş başındadır” — VİDEO/FOTO

Real TV-nin efirində deputatın dili topuq vurdu - Aparıcı düzəltmək istəsə də... + VİDEO