Qonşuları Zukerberqdən şikayətçidir

“Meta” korporasiyasının baş direktoru Mark Zukerberqin qonşuları ondan şikayət ediblər.
Bu barədə “New York Times” nəşri məlumat yayıb.
Bildirilib ki, Zukerberq Kaliforniyada ən azı 11 ev almaq üçün 110 milyon dollardan çox vəsait xərcləyib və burada övladları üçün xüsusi məktəb də olan yaşayış kompleksi yaradıb.
Lakin jurnalistlərin yazdığına görə, onun qonşuları hesab edirlər ki, həm yerli hakimiyyət, həm də polis digər sakinlərin ziyanına olaraq Zukerberqə həddindən artıq dəstək göstərir.
Əsas narazılıqlar əraziyə nəzarətin gücləndirilməsi ilə bağlıdır. Belə ki, korporasiya rəhbərinin evlərində qonşu sahələri də əhatə edən kameralar quraşdırılıb.
Həmçinin Zukerberqin mühafizəçiləri gəzintiyə çıxan sakinlərə lazımsız suallar verir, bundan əlavə şirkət əməkdaşları üçün tez-tez təşkil edilən axşam tədbirləri narazılıq yaradır.
Digər sakinlər bildiriblər ki, bir dəfə polis belə tədbirlərdən birinin mühafizəsini təmin etmək üçün ictimai yolda evakuasiya da təşkil edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 08:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təhsil sisteminin ağrılı yeri: Məktəblərdə müəllim çatışmazlığı və onun yaratdığı problemlər

SOCAR ərazisində qanunsuz tikinti: SOKAR-da Binəqədi icra hakimiyyətidə göz yumur – VİDEO

Qarabağda milyonluq tender maxinasiyası: Leysan Məmmədov yenə “iş başındadır” — VİDEO/FOTO

Real TV-nin efirində deputatın dili topuq vurdu - Aparıcı düzəltmək istəsə də... + VİDEO