reklam
Regionxeberlericom.az » Gündəm » Şəkidə vətəndaş “əlillik pensiyası” adı ilə aldadıldığını iddia edir — Baş Prokurora müraciət

reklam

Şəkidə vətəndaş “əlillik pensiyası” adı ilə aldadıldığını iddia edir — Baş Prokurora müraciət


















Şəki rayon Çələbixan qəsəbəsində yaşayan Məmmədov Qaçay Mürşüd oğlu Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə müraciət edərək, bir sıra həkimlər və prokurorluq əməkdaşları barəsində ciddi iddialar irəli sürüb.

Şikayətçinin sözlərinə görə, 2024-cü ilin avqust ayında Şəki Rayon Psixiatriya Xəstəxanasının həkimi Nurayev Rauf Bürhan oğlu onun anasına əlillik pensiyası təyin etdirəcəyi vədi ilə onu aldadaraq 450 manat pul alıb. Daha sonra başqa bir həkim — Natiq İsmayılovdan 1000 manat qarşılığında rəsmi sənəd verildiyi, lakin nəticə əldə olunmadığı bildirilir.

İddialara görə, 2024-cü ilin noyabrında Rauf həkim əlillik məsələsini həll etmək üçün əlavə 5000 manat tələb edib. Bu məbləğ və tələb olunan sənədlər ailəvi tanış olan Samirə xanım tərəfindən verilib. Şikayətçi deyir ki, vədlərə baxmayaraq, nə anasının əlillik pensiyası, nə də Samirə xanımın xadimə kimi işə düzəlməsi baş tutub.

Məmmədov Qaçay qeyd edir ki, məsələ ilə bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) üzrə cinayət işi başlansa da, sonradan maddə dəyişdirilərək yüngülləşdirilib. O, iddia edir ki, istintaqa rəhbərlik edən prokurorluq əməkdaşları rüşvət müqabilində cinayətkarları müdafiə ediblər.

Şikayətçi əlavə edir ki, 02 iyun 2025-ci il tarixli 44C-25 nömrəli cinayət işinin materiallarının surətini almaq üçün dəfələrlə müraciət etsə də, bu günə qədər ona təqdim olunmayıb:

“Məndə faktlar, sübutlar, səs yazıları olsa belə, prokurorluq əməkdaşlarının gözünü rüşvət bağladığından işə baxılmır. Məni süründürməçiliyə salıblar”.

Məmmədov Qaçay Baş Prokurordan xahiş edir ki, onun işi nəzarətə götürülsün, 44C-25 nömrəli cinayət işi yenidən araşdırılsın və Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 221-ci (xuliqanlıq), 531-ci (söyüş və təhqir) maddələri üzrə ən ağır cəza tədbirləri tətbiq olunsun.




Paylaş:


Müəllif : Tarix:
Dünən, 19:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər