Yohan Vadeful: "Minsk qrupunun buraxılması ilə bağlı razılığın əldə olunması xüsusi önəm daşıyır"
"Azərbaycan və Ermənistan bu gün tarixlərində yeni bir səhifə açır. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda hər iki dövlətin sülh sazişini paraflaması, uzun illər münaqişə, əzablarla üzləşmiş bir çox insan üçün ümid mənbəyidir. Ermənistanın Baş naziri Nikol Paşinyanı və Azərbaycan Prezidenti İlham Əliyevi seçdikləri sülh yolu və dinc gələcək istiqamətində verdikləri qərara görə təbrik edirəm".
RegionXəbərləricom.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Vaşinqton görüşü ilə bağlı bəyanatında qeyd edib.
Vurğulanıb ki, hər iki ölkə mürəkkəb məsələləri danışıqlar yolu ilə həll etməyə və çətin kompromislərə getməyə hazır olduğunu göstərdi. Bu baxımdan Azərbaycanın ərazisinin əsas hissəsindən Naxçıvana Ermənistandan tranzitlə bağlı əldə edilən irəliləyişlərin, ABŞ-ın məsuliyyəti üzərinə götürməsinin, eləcə də ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı razılığın əldə olunmasının önəmi xüsusi vurğulanıb.
Qeyd olunub ki, onilliklər davam edən münaqişədən sonra Ermənistan və Azərbaycanda insanlar dayanıqlı sülhə can atırlar. Almaniya bu yolu tərəfdaşları ilə birgə uzun müddətdir yaxından izləyir, yüksəksəviyyəli müntəzəm təmaslar və ötən il Berlində keçirilmiş sülh danışıqları ilə bu prosesi dəstəkləyib.
Bəyanatda qeyd olunub ki, son illər hər iki ölkə arasında etimad quruculuğu tədbirləri təşviq edilib: "İndi əsas məsələ ondan ibarətdir ki, sülh sazişi hər iki hökumət tərəfindən mümkün qədər tez imzalanıb ratifikasiya edilsin. Almaniya Ermənistan və Azərbaycanı dayanıqlı sülh yolunda dəstəkləməyə davam edəcək".
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 09:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"100 bal yığan uşağa necə deyim ki, qəbul olmamısan?" - Şəkidə musiqi məktəbində nə baş verir?

Rəqəmsal zəkanın qızıl qiyməti: Süni intellekt tərtibatçıları Openheymerdən 327 dəfə çox qazanır

Yohan Vadeful: "Minsk qrupunun buraxılması ilə bağlı razılığın əldə olunması xüsusi önəm daşıyır"

“Kristal Abşeron”-un işçisi qoculuq edir - “Kristal Abşeron”la narazı sakin arasında yeni qalmaqal

“NƏTİCƏ YAXŞI DA OLA BİLƏR, PİS DƏ...” – “Trampın görüşlərində gözlənilməzlik faktoru böyükdür”

Onlayn mərc və qumar oyunları təşkil etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb

Qırmızı bülletenlə axtarılan 37 azərbaycanlı: Onlar hansı cinayətlərdə ittiham olunurlar?

Müəllimlər yayda “putyovka” ala bilmir, direktorlar isə Avropa səfərinə göndərilir – Araz Paşayev kimin maraqlarını müdafiə edir?