Xocavənddə doğmalarının məzarını ziyarət edən şəxs yanğına səbəb oldu

Avqustun 8-də Xocavənd rayonunun Əmirallar kəndi ərazisindəki qəbiristanlıqda yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
DİN Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, araşdırmalarla yanğının rayon sakini 1990-cı il təvəllüdlü Səxavət Məmmədov tərəfindən qəbiristanlıqda doğmalarının məzarını ziyarət edərkən odla ehtiyatsız davranması nəticəsində baş verdiyi müəyyən edilib.
Hadisə nəticəsində təxminən 5 hektar sahədə kol-kos yanıb və bir neçə məzara ziyan dəyib.
S.Məmmədov məsuliyyətə cəlb olunub.
FHN və DİN bir daha diqqətə çatdırır ki, açıq ərazilərdə ocaq qalamaq və ya tüstülənməyə səbəb ola biləcək hərəkətlərə yol vermək, xüsusilə də yay mövsümündə ciddi ekoloji və təhlükəsizlik riskləri yaradır. Bir anlıq məsuliyyətsizlik hektarlarla sahəni məhv edə, təbiətə, kənd təsərrüfatına və insanlara böyük ziyan vura bilər. Vətəndaşlar bu hallara səbəb olacaq əməllərdən çəkinməli, təhlükəsizlik qaydalarına əməl etməlidir.
Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 22:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Kristal Abşeron”-un işçisi qoculuq edir - “Kristal Abşeron”la narazı sakin arasında yeni qalmaqal

“NƏTİCƏ YAXŞI DA OLA BİLƏR, PİS DƏ...” – “Trampın görüşlərində gözlənilməzlik faktoru böyükdür”

Onlayn mərc və qumar oyunları təşkil etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb

Qırmızı bülletenlə axtarılan 37 azərbaycanlı: Onlar hansı cinayətlərdə ittiham olunurlar?

Müəllimlər yayda “putyovka” ala bilmir, direktorlar isə Avropa səfərinə göndərilir – Araz Paşayev kimin maraqlarını müdafiə edir?

Rüstəm Şahbazov-Rafiq Cəlilov birliyi: sovetdən qalan zavodları “ciblərində daşıyır”…