ABŞ bombardmançı təyyarələri Rusiya sərhədinə göndərdi

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç “B-1B Lancer” strateji bombardmançı təyyarəsi Norveçdəki Örland Hərbi Hava Bazasına çatıb.
Bu barədə NATO-nun Müttəfiq Hava Komandanlığı (AIRCOM) öz saytında məlumat yayıb.
Xəbərdə bildirilir ki, onlar ABŞ-nin Texas ştatındakı Dyass Hərbi Hava Qüvvələri bazasından Norveçdəki hava bazasına çatıb.
Norveçdə qaldıqları müddətdə ABŞ bombardmançıları Norveç F-35-ləri və NATO-nun digər təyyarələri ilə yanaşı, yüksək təhlükə mühitində təcrübə keçərək, axtarış, müəyyənləşdirmə, izləmə və hədəfləmə bacarıqlarını təkmilləşdirəcək, eləcə də müttəfiqlərin rəhbərlik etdiyi bir sıra missiyaları həyata keçirəcəklər.
AIRCOM-un bildirdiyinə görə, ekipajlar həmçinin manevr azadlığını məhdudlaşdıran hava və yer təhdidlərinə qarşı məşqlər edəcəklər ki, bu da alyansın hava üstünlüyünü təmin etməyə hazırlığını gücləndirəcək.
Qeyd edək ki, Örland aviabazası qütb bölgəsində NATO təlimlərinin keçirildiyi yerdir. Rusiya ilə sərhədin yaxınlığında yerləşir.
Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 21:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təhsil sisteminin ağrılı yeri: Məktəblərdə müəllim çatışmazlığı və onun yaratdığı problemlər

SOCAR ərazisində qanunsuz tikinti: SOKAR-da Binəqədi icra hakimiyyətidə göz yumur – VİDEO

Qarabağda milyonluq tender maxinasiyası: Leysan Məmmədov yenə “iş başındadır” — VİDEO/FOTO

Real TV-nin efirində deputatın dili topuq vurdu - Aparıcı düzəltmək istəsə də... + VİDEO