TÜRKİYƏ REJİM QÜVVƏLƏRİNƏ SARSIDICI ZƏRBƏLƏR ENDİRİR- Görüntülər yayıldı+ VİDEO

Türkiyə ordusunun İdlibdə Suriya rejimi qüvvələrinə endirdiyi sarsıdıcı zərbələrə dair görüntülər yayılıb. Virtualaz.org xəbər verir ki, dünən axşam Rusiya Hava Kosmik Qüvvələrinin zərbələri nəticəsində azı 33 Türkiyə hərbçisinin həlak olmasına cavab olaraq Ankara Əsəd qüvvələrinə şiddətli cavab zərbələri endirməyə başlayıb.
Hücumu Suriya ilə sərhəddəki komanda mərkəzindən müdafiə naziri Hulusi Akar şəxsən koordinasiya edir.
“Anadolu” agentliyinin Telegram-kanalında yerləşdirilmiş videogörüntülərə əsasən Türkiyənin zərbə pilotsuz təyyarələri, o cümlədən raket-artilleriya sistemləri bir-birinin ardınca Suriya ordusunun canlı qüvvəsinə, zirehli texnikasına, qərargahlarına və sursat anbarlarına zərbələr endirir. Bu zərbələrin nəticəsində çoxlu sayda Suriya əsgərlərinin öldüyü görünür.
Müdafiə naziri Hulusi Akar bəyan edib ki, dünən gecədən bəri Suriya rejimi qüvvələrinin İdlibdəki mövqelərinə endirilən kütləvi zərbələr nəticəsində "Buk" və "Pantsir" zenit-raket kompleksləri, 23 tank, bir o qədər sayda artilleriya qurğusu, habelə 5 vertolyot məhv edilib. Onun sözlərinə görə, zərbələr pilotsuz təyyarələrdən və raket-artilleriya sistemlərindən endirilib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:28-02-2020, 14:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:28-02-2020, 14:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:15
Bu gün, 12:12
Bu gün, 08:13
Dünən, 11:34
Dünən, 08:26
Dünən, 08:25
Dünən, 08:20
31-08-2025, 14:13
31-08-2025, 09:59

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi dünya çempionatına qələbə ilə başlayıb