reklam
Regionxeberlericom.az » Cəmiyyət » Mingəçevirdə qız üstündə mübahisə - Bir nəfər bıçaqlandı

reklam

Mingəçevirdə qız üstündə mübahisə - Bir nəfər bıçaqlandı















Mingəçevirdə mübahisə yaşanıb.

RegionXəbərləricom.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə gecə saatlarında şəhərin Nizami küçəsində baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü Yevlax rayon sakini Rəşad Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1995-ci il təvəllüdlü Tahirli İbrahim Fazil oğlunun döş nahiyəsinə kəsilmiş-deşilmiş xəsarətlər yetirib. Pepperoni pizza

Yaralı xəstəxanaya çatdırılıb. Durumu ciddi olan İbrahim Tahirli dərhal əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. İlkin məlumata görə, tərəflər arasında münaqişəyə səbəb qız məsələsi olub.

DİN-in Mətbuat Xidmətinin Şəki  regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları aparılır.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 09:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər